Nöqtələr
“Əşuddə” sözü “güclənmək”, “istəva” sözü “kamilləşmə” mənasını bildirir.
“Hukmən və ilmən” təbirləri Qurani-məciddə üç dəfə qeyd olunmuşdur. Hər dəfə də, “hukm” sözü “elm” sözündən əvvəl işlənir. “Hukm” dedikdə düzgün anlamaq, düzgün mühakimə gücü mənası, “ilm” dedikdə agahlıq və məlumata malik olmaq mənası anlaşılır.
Bildirişlər
1. Məsuliyyətin qəbulu üçün ilkin şərt fiziki baxımdan yetkinlikdir.
2. Həqiqi yetkinlik (büluğ) isə təkcə fiziki durumla yox, həm də düşüncənin kamilliyi ilə müəyyənləşir.
3. İlahi vədlər dəyişməzdir.
4. İlahi lütflərin nazil olması üçün münasib şərait lazımdır.
5. Hikmət elmdən öndə gəlir.
6. Xeyir əməl sahiblərinə lütf ilahi sünnə, qaydadır.
7. Xeyir əməl sahiblərinin mükafatı təkcə axirətə aid deyil. (Ehsanına görə Musa (ə)Allah tərəfindən hikmət və elmlə mükafatlandırıldı.)
Ayə 15:
﴿وَدَخَلَ الْمَدِينَةَ عَلَى حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَذَا مِن شِيعَتِهِ وَهَذَا مِنْ عَدُوِّهِ فَاسْتَغَاثَهُ الَّذِي مِن شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَى فَقَضَى عَلَيْهِ قَالَ هَذَا مِنْ عَمَلِ الشَّيْطَانِ إِنَّهُ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌ﴾
“Musa şəhərə daxil oldu. Xalq onun gəlişindən xəbərsiz idi. Orada bir-biri ilə vuruşan iki şəxslə rastlaşdı. Onlardan biri tərəfdarlarından, digəri düşmənlərindən idi. Musanın (ə) tərəfdarı olan şəxs ondan düşməninə qarşı kömək istədi. Musa (ə) bir yumruq vurub onun işini bitirdi. (Düşmən bir yumruqla öldürüldü.) Musa (bu hadisəyə görə təəssüf edib) dedi: “Bu, şeytan işlərindən idi. Həqiqətən, o, haqdan azdıran aşkar bir düşməndir.”
Dostları ilə paylaş: |