Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə30/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   26   27   28   29   30   31   32   33   ...   572

Nöqtələr


“Təzudani” sözü “qadağan etmək”, “qarşısını almaq” mənasını bildirir.

Bu ayədə “vəcədə” sözü iki dəfə təkrarlanır və iki fərqli baxışı göstərir. Halbuki kişilər və qadınlar yanaşı dayandıqda bir baxışla müşahidə olunur.


Bildirişlər


1. İstənilən bir su hövzəsi milli sərvətdir və şəxsi mülk ola bilməz.

2. Qadınların həya və zəifliyindən sui-istifadə etməyək. Əgər qanun və himayə yanaşı olmasa, bir çox kişilər qadınların hüquqlarını tapdayarlar.

3. Kişi və qadın arasında həya pərdəsi bir dəyərdir və Şüeybin qızları bu qaydanı gözləyirdi.

4. Öz mövqeyimizdən sui-istifadə etməyək. (Həmin iki qız Şüeyb peyğəmbərin qızları idi. Amma atalarına xatir qabağa buraxılmalarını istəmədilər.)

5. Allah peyğəmbərinin qızları çobanlıq edər, amma zillətə boyun əyməz.

6. Çobanlıq bir çox ilahi peyğəmbərlərin peşəsi olub. Qızlar bildirir ki, əgər atamız qoca olmasaydı, özü çobanlıq edərdi.

7. Şəxsi problemlərimiz bizi haqlı insanlara himayədarlıqdan çəkindirməsin. (Həyatı təhlükədə olan Musa (ə) ondan yardım istəyənə kömək əlini uzatdı.)

8. Qadınlara himayədarlıq insani bir dəyərdir.

9. Zəruri hallarda kişi ilə qadın söhbət edə bilər.

10. Naməhrəmlərlə danışarkən söhbətin uzanmamasına çalışaq.

11. Ətrafımızda baş verənlərə biganə qalmayaq.

12. Qadın müəyyən şərtlərlə evdən kənarda işləyə bilər. Həmin şərtlərlə tanış olaq: qadın iş yerində tənha qalmasın, kişilərlə qaynayıb-qarışmasın, ailədə iş qabiliyyətli kişi olmamış olsun.

13. Şübhə doğuran vəziyyətlərə düşdükdə şübhəni özümüzdən uzaqlaşdıraq.

14. Ailə başçısı iş qabiliyyətini itirdiyi vaxt bütün övladlar, hətta qız övladları ruzi əldə etməyə məsuldurlar.

15. Başqalarına kömək əli uzadarkən şərt qoymayaq, dərhal addım ataq. Həzrət Musa (ə) həmin iki qızın məntiqi dəlilini eşitdikdən sonra heç bir sorğu-sualsız, yubanmadan onlara kömək əli uzatdı.

16. Xalqa səmimi və təmənnasız xidmət edək, problemlərimizin həllini Allahdan diləyək. (Musa həmin iki qızın qoyunlarına su verdi, amma aclığını aradan qaldırmaq üçün onlardan yox, Allahdan kömək istədi.)

17. Bütün ehtiyaclarımızı Allahdan istəyək.

18. Duada Allahın nə verməli olduğunu müəyyənləşdirməyək. (Həzrət Musa (ə) ac da olsa, Allahdan təam istəmədi.)



Ayə 25:


﴿فَجَاءتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاء قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا فَلَمَّا جَاءهُ وَقَصَّ عَلَيْهِ الْقَصَصَ قَالَ لَا تَخَفْ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمِينَ﴾

(Çox keçmədi ki,) həmin iki nəfərdən biri həya və iffətlə yaxınlaşıb dedi: “Həqiqətən, atam bizə su gətirməyinin muzdunu vermək üçün sizi dəvət edir.” Musa qoca atanın (həzrət Şüeybin) yanına gəlib, ona öz əhvalatını danışdı. O (Şüeyb) dedi: “Qorxma, sən sitəmkar qövmün əlindən qurtuldun.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin