İş və fəhləlik
–Allah insanlardan yer üzünün abadlaşdırılmasını istəmişdir. Bu isə zəhmətsiz başa gəlmir.1
–Quranda çox geniş mənaya malik saleh əmələ istinad olunur.
–Allahın peyğəmbərləri əkinçi, çoban, dərzi, dülgər olmuşlar.
–İslamda iş ibadət sayılır və cihad kimi tanıtdırılır.2
–Dua dərhal qəbul olunmur.
–İş cisim və ruhun tərbiyə vasitəsidir. Boş vaxtdan səmərəli istifadə fəsad və fitnəyə mane olur, iqtisadi dirçəliş, elmi ixtiralar, izzət və ehtiyaclılara yardımla nəticələnir.
–Qurani-kərimdə yerin insanlar üçün ram edildiyi və insanların çalışmaqla ruzi əldə edə biləcəyi bəyan olunur.
– İslam fiziki işə hörmətlə yanaşır və tapşırır ki, fəhlənin zəhmət haqqı yubandırılmasın, təyin olunmuş miqdardan bir qədər artıq ödənsin, zəhmətkeş insana hörmət göstərilsin. Əkinçinin nəzərinə çatdırılır ki, onun bir ağacı suvarması müqabilində susuz möminə su verməyin mükafatı nəzərdə tutulur.
–Həzrət Əli (ə) təyin etdiyi valiyə tapşırır ki, əkinçiləri incitməsin, onlardan vergi alarkən vəziyyətlərini nəzərə alsın.
–Zehni işlərin də böyük dəyəri var. Bir saat faydalı düşüncə saatlarla ibadətdən üstündür.
–İşdə tənbəllik və səhlənkarlıq məzəmmət olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Allah istəyir ki, insan əlindəki işi ən gözəl şəkildə yerinə yetirsin.”
–Quranda buyurulur ki, mühüm bir işi başa vurduqdan sonra digər bir mühüm işə başla.3
Bəli, işsizlik düşkünlük və tənbəllik səbəbi, şeytanın nüfuzu və günahın artımı üçün bir fürsətdir.
–İslam iş üçün vaxt müəyyənləşdirmişdir və istirahət vaxtı işləyənləri müqəssir sayır.1
–İmam Riza (ə) buyurur: “Mömin şəxs öz vaxtını dörd hissəyə bölməlidir: iş vaxtı, ibadət vaxtı, ləzzət (istirahət) vaxtı, dostlar və ictimai işlər üçün ayrılmış vaxt. Belə etməyən şəxs həris ünsürə çevrilir və hərisin ünvanına yönəlmiş məzəmmətlər ona da aid olur.”
–İslam işin kəmiyyətinə yox, keyfiyyətinə xüsusi diqqət yetirir.2
–İstənilən bir halda İslam işi əhəmiyyətli sayır. Hədisdə oxuyuruq: “Allah çox yatan və işsiz qalan insanı düşmən sayır.”3 İmam Baqir (ə) buyurur: “Dünya işində tənbəllik edən insan axirət işində daha tənbəldir.”4
–Hədisdə oxuyuruq: Fəqir və işsiz bir şəxs Peyğəmbərin (s) yanına gəlib ondan yardım istədi. Həzrət buyurdu: “Kimin evində balta var?” Bir nəfər gedib balta gətirdi. Peyğəmbər (s) kənarındakı ağac parçasını baltaya saplayıb həmin şəxsə verdi və buyurdu: “Bu sənin üçün iş aləti! Çalışmaq isə özündən!” Həzrətin bu rəftarından məlum olur ki, peyğəmbərlər xalqın dolanışığı barədə də düşünmüşlər. Cəmiyyətin ən adi fərdi rəhbərlə görüşə bilər. Cəmiyyətdə həmkarlığa ehtiyac var (biri balta gətirir, digəri baltaya sap tapır, həmkarlıq edilir və şəxsən Peyğəmbər (s) özü balta hazırlayır). Yoxsulluqla mübarizə üçün işçi qüvvəyə istehsal vasitəsi verilməlidir.
Ayə 27:
﴿قَالَ إِنِّي أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ابْنَتَيَّ هَاتَيْنِ عَلَى أَن تَأْجُرَنِي ثَمَانِيَ حِجَجٍ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَ وَمَا أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ سَتَجِدُنِي إِن شَاء اللَّهُ مِنَ الصَّالِحِينَ﴾
“(Həzrət Şüeyb Musaya) dedi: “Mən iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bir şərtlə ki, səkkiz il mənim üçün işləyəsən. Əgər on ilə çatdırmaqla tamamlasan, bu sənin öz işindir. Sənin üçün çətinlik yaratmaq istəmirəm. Allahın istəyi ilə tez bir zamanda mənim salehlərdən olduğumu görəcəksən.”
Dostları ilə paylaş: |