Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə34/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   30   31   32   33   34   35   36   37   ...   572

Nöqtələr


Biz bütün işlərimizə ilahi rəng verə bilərik.5 Üzümüzü yuyuruqsa dəstəmaz da alaq, oturmaq istəyiriksə peyğəmbər kimi üzü qibləyə oturaq, diplom üçün yox, Allahın razılığı üçün elm öyrənək. Zövcəmizə libas alanda bunu dini bayramlara, Qədir bayramına və ya həzrət Zəhranın (s) mövlud gününə salaq. Övladımıza hədiyyə vermək istədikdə, mənəvi kamala çatmaq münasibəti ilə verək. Necə ki, hazırkı ayədə “səkkiz il” əvəzinə “səkkiz həcc” təbirindən istifadə olunur.

Bildirişlər


1. Bir iş alicənablıq və zəiflərə nəvazişlə yerinə yetirilərsə onun mənəvi mükafatından əlavə, dünyəvi mükafatı da olar. (Az öncə canı təhlükədə olan Musa (ə) bir qədər sonra ailə və iş sahibi olur.)

2. İzdivacın (evlənmənin) qaydalarını peyğəmbərlərdən öyrənək. (Qızın mənzilində necə olmaq, atanın yanında necə danışmaq?)

3. İzdivacdan öncə yeznəni tanımaq zəruridir. (Musa (ə) öz əhvalatını olduğu kimi danışdı. Şüeyb Musaya (ə) inandı, yalnız bundan sonra qızı ilə evlənməyi təklif etdi.)

4. Əgər bir gəncin bacarığına, etibarına, işgüzarlığına əmin olsaq, onun imkansız və evsiz olmasını izdivaca maneə saymayaq.

5. Qız atasının izdivac təklifi qəbahət deyil.

6. Əvvəlcə böyük, sonra kiçik qızı ərə vermək zəruri olmaya da bilər. (Həzrət Şüeyb Musaya (ə) böyük qızını yox, iki qızından birini təklif etdi.)

7. Ata izdivac məsələsində qızları arasında fərq qoymamalıdır.

8. Elçilik zamanı oğlan və qız bir yerdə ola bilər.

9. Cinsi istəklərə ciddi yanaşaq. Hətta peyğəmbərin evində sağlam mühiti qorumaq üçün öncə izdivac məsələsinə baxılır, sonra kimsə işə götürülür.

10. İzdivacda mehriyyə var.

11. Mehriyyənin mal və sərvət olması zəruri deyil. (Həzrət Şüeyb Musaya (ə) dedi: “Səkkiz il mənim üçün işləsən, qızımı sənə ərə verərəm.” İslam şəriətində təqlid mərcəyinin fitvalarına əsaslanılır.)

12. Müqavilə vaxtını dini ölçülərlə müəyyənləşdirək. (“Səkkiz il” əvəzinə“səkkiz həcc ”təbiri işlədilir.)

13. Mənəvi anların, “əyyamullah”ın əziz tutulması təbliğ yollarından biridir.

14. Mehriyyə və icarə haqqı barədə razılaşmalar peyğəmbərlik məqamına zidd deyil.

15. Əvvəlki dinlərdə də həcc mərasimi olmuşdur.

16. Mehriyyə barədə danışılarkən qız atası ən az miqdarla kifayətlənməli, artıq mehriyyə ödənib-ödənməməsini kürəkənin ixtiyarına verməlidir. Həzrət Şüeyb Musaya dedi: “Əgər səkkiz ili on ilə tamamlasan, bu sənin ixtiyarındadır.”

17. Mehriyyə təyin edərkən kürəkən üçün çətinlik yaratmayın.

18. Qız atası izdivac məsələsində çətinlik yaratmamalı, kürəkənin imkanını nəzərə almalıdır.

19. Tabeçiliyində olanlarla sərt davrananlar saleh sayılmırlar.

20. Kürəkən təzə qohumlarından arxayın olmalıdır.

21. Allahdan yardım istəmədən və “inşaəllah” demədən vəd verməyək.

22. Ailə quran tərəflər arasında qarşılıqlı etimad zəruridir.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin