Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə341/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   337   338   339   340   341   342   343   344   ...   572

Nöqtələr


“Əşihhə” dedikdə hərisliklə müşayiət olunan xəsislik mənası anlaşılır. “Sələqukum” sözü məğlub etmək mənasını bildirir. Yəni onlar təbliğat və dil yarası ilə müsəlmanları məğlub etmək istəyirlər. “Hidad” sözü iti, qaba mənasını ifadə edir.

Bildirişlər


1. Münafiqlər heç vaxt sizə xeyir arzulamırlar. Onlar təhlükə zamanı cəbhədə iştirakdan və cəbhəyə köməkdən qaçırlar. Təhlükə sovuşduqdan sonra qənimətə tamah salırlar.

2. Münafiqlər peyğəmbər və müsəlmanları mövcud ağrıların səbəbkarı sayırlar.

3. Münafiqlər böhranlı vəziyyətlərdə aramlığını itirir.

4. Ruhi vəziyyət insanın çöhrəsində hiss olunur.

5. Münafiqlər az iş görür, çox danışırlar. Savaş vaxtı və çətinliklər zamanı ən çox qorxan, asayiş zamanı ən çox tələb edənlər münafiqlərdirlər.

6. Qorxu, xəsislik, dil yarası, yersiz tələb münafiqliyin bariz nişanələrindəndir.

7. Günahkarların yaxşı əməlləri hikmət əsasında puça çıxır və bu işdə onlar özləri müqəssirdirlər.

8. Nifaq xeyir əməlləri puça çıxaran səbəbdir.

9. Münafiqlərin rəftarı Allahın iradəsinə mane ola bilməz.

Ayə 20:


﴿يَحْسَبُونَ الْأَحْزَابَ لَمْ يَذْهَبُوا وَإِن يَأْتِ الْأَحْزَابُ يَوَدُّوا لَوْ أَنَّهُم بَادُونَ فِي الْأَعْرَابِ يَسْأَلُونَ عَنْ أَنبَائِكُمْ وَلَوْ كَانُوا فِيكُم مَّا قَاتَلُوا إِلَّا قَلِيلًا﴾

(Onlar dəhşətə gəldiklərindən) Əhzabın (müşrik, yəhudi və hücum çəkənlərin) dağılıb getmədiklərini zənn edirlər. (Növbəti dəfə) düşmən dəstələri gəlsə onlar arzu edərlər ki, kaş köçəri ərəblər arasında qalaydılar. Onlar yalnız sizə aid xəbərlərlə maraqlanardılar. Əgər aranızda olsaydılar, çox döyüşməzdilər.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin