Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə471/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   467   468   469   470   471   472   473   474   ...   572

Nöqtələr


Bu ayələrdən başlayaraq surənin sonunadək müşriklərin üzücü halda can verməsi təsvir olunur.

“Tənavuş” dedikdə bir şeyi asanlıqla əldə etmək mənası anlaşılır.

Şiə və sünni təfsirlərindəki rəvayətlərə əsasən, girami Peyğəmbər (s) bu ayələri həzrət Mehdinin (ə) qiyamı zamanı Süfyaninin səhnəyə gəlişi kimi təfsir etmişdir.

Yaxın yer dedikdə dünya, uzaq yer dedikdə axirət nəzərdə tutulur.


Bildirişlər


1. Müşriklərin hay-harayı onların problemlərini həll etməz. Onların sığınacaq yeri yoxdur.

2. Bütün kafirlər təhlükəyə düşdükdə iman gətirir. Amma bunun nə faydası?!

3. Ölüm gəldiyi an insanı yaxalayır.

4. Müşriklər elə dünya həyatında cəzalandırılmağa başlayır.

5. Dünyaya qayıdış və pis əməllərin yuyulması mümkünsüzdür.


Ayə 53:


﴿وَقَدْ كَفَرُوا بِهِ مِن قَبْلُ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِن مَّكَانٍ بَعِيدٍ﴾

Hansı ki, bundan öncə küfr edir, uzaqdan qaranlığa ox atırdılar. (Peyğəmbərə iftira yaxırdılar.)”


Ayə 54:


﴿وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُّرِيبٍ﴾

(Nəhayət) onlarla istəkləri arasında ayrılıq düşdü. Necə ki, keçmişdə də oxşarları ilə belə edilmişdi. Çünki onlar dərin bir şübhə və tərəddüd içində idilər.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin