Nöqtələr
Quranda iki sur üfürülməsi qeyd olunur. Bir səs dünya həyatına son qoyur, o biri səslə Qiyamət bərpa olur. Hazırkı ayədə ikinci dirçəlişə işarə olunur.
“Cədəs” sözünün cəm forması olan “əcdas” sözü qəbirlər mənasını bildirir. “Yənsilun” dedikdə sürətlə getmək, “mərqət” dedikdə istirahət yeri (hazırkı ayədə qəbir) nəzərdə tutulur.
İmam Baqir (ə) buyurur: “Mələklər Qiyamət əhlinə müraciət edir.”1
Bildirişlər
1. Qiyamət surun üfürülməsi ilə ucalan səslə başlayar.
2. Məad cismanidir və bədənlər əsil qəbirlərdən xaric olur.
3. İnsanlar Qiyamətdə sürətlə və asanlıqla dirilər.
4. Qiyamət vaxtı tələsik hərəkət insanların iztirab və həyəcanını göstərir.
5. Qiyamət kafirlər üçün peşmançılıq günüdür.
6. Qiyamət oyanış, etiraf və peşimançılıq səhnəsidir.
7. Qiyamət və sorğu-sualın bərpası Allahın rəhman sifətinin tələbidir.
8. Kafirlər dünya həyatında inkar etdiklərini həmin gün təsdiqləyər.2
9. Qiyamətdə bəşəriyyət hamılıqla səhnəyə gətirilər.
10. Qiyamət səhnəsində iştirak könüllü deyil.
Ayə 54:
﴿فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ﴾
“Belə bir gündə kimsəyə sitəm qılınmaz, yalnız əməlinizin əvəzi verilər.”
Dostları ilə paylaş: |