Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə391/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   387   388   389   390   391   392   393   394   ...   572

Bildirişlər


1. İman ictimai adət-ənənələrə riayət olunmasını tələb edir.

2. Hamının öz evində istirahət etmək hüququ var. Peyğəmbər də istisna deyil.

3. Qonağı mehmanxanada yox, evdə qəbul etmək yaxşıdır.

4. Ev sahibi kiməsə giriş üçün icazə verməyə bilər.

5. Evə daxil olmaq üçün şəxsən ev sahibindən icazə almaq zəruri deyil. Evdəkilərin də icazə verməsi yetər. (Yəni ev sahibinin istənilən bir yolla razılığı kifayətdir.)

6. Qonağa hörmət girami Peyğəmbərin (s) səciyyələrindən idi.

7. Əsas məsələ nə bişirmək yox, qonaq çağırmaqdır.

8. Qonaq yemək gözləməməlidir. (Əlbəttə, ev sahibi də qonağı intizarda saxlamamalıdır. Həzrət İbrahim haqqında buyurulur ki, onun yemək hazırlaması çox çəkmədi;2

9. Həm qonaqlıq kimi cüzi, həm də hakimiyyət kimi mühüm məsələlərlə bağlı proqrama malik olan din kompleks dindir.

10. Dəvət olunmamış qonaq getməyin.

11. Dəvəti rədd etməyin.

12. İslamda adi fərdlərin dini şəxsiyyətin evinə get-gəli, hətta qonaq olması mümkündür.

13. Yedikdən sonra durub getmək qonaqlıq qaydalarındandır. Qonaq olduğunuz evdə söhbətə aludə olmayın.

14. Ev sahibini incitmək qadağandır. (Çağırıldığın yerə övladları və tanışları aparmaq ev sahibinin narazılığına səbəb ola bilər. Süfrədəki qidaları dəyərsiz saymaq qarşı tərəfə əziyyətdir.)

15. Vaxtın hədərə verməsi, yersiz söhbətlər peyğəmbərə əziyyət verirdi.

16. Əziyyət dedikdə təkcə fiziki əziyyət nəzərdə tutulmur. Əxlaqi və ruhi sıxıntı da bir növ əziyyətdir.

17. Ev sahibini çıxılmaz vəziyyətə salmayın.

18. Ev sihbinin utanaraq susması onun razılığını göstərmir.

19. Girami Peyğəmbər (s) həyalı bir şəxsiyyət idi.

20. Qadınların hicablı şəkildə alış-veriş etməsi qadağan deyil.

21. Peyğəmbər zövcələrinin yaxınlarla əlaqələri vardı. (Hicabı hifz etmək şərti ilə peyğəmbər zövcələrindən nəsə istəmək olar.)

22. Əgər bir şəxs müəyyən səbəbdən həya edib susursa, başqaları sükutu pozub haqqı deməli və həmin şəxsi sıxıntılı vəziyyətdən çıxarmalıdır.

23. Hicabla bağlı elə dəlillər göstərin ki, hamı tərəfindən qəbul olunsun.

24. Qadınlarla kişilər arasındakı rabitə təqva və qərəzsizliyə əsaslanmalıdır.

25. Naməhrəmlərin bir-birinə baxması onların qəlbinə təsir edir.

Aman bu gözlərin, qəlbin əlindən,

Gözün gördüyünə qəlb qaçır hökmən.

26. Hicabı qorumadan naməhrəmlə əlaqə girami Peyğəmbər (s) üçün ağırdır.

27. Peyğəmbəri incitmək böyük günahlardandır.

Ayə 54:



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin