Bildirişlər
1. Bəzi məkanların müqəddəsliyi var.
2.Təəccüb doğuran məsələlər üzərində daha təkidlə dayanmaq lazımdır. (Ağacdan ilk dəfə səs eşitdiyi vaxt təəccüb edən Musaya (ə) təkidlə müraciət olunur.)
3. Tanımayana özümüzü tanıtdıraq. Addan əlavə müəyyən xüsusiyyətlərimizi də sadalayaq.
4. Allah Öz istəyinin icrası üçün insanların düşüncə və baxışını xüsusi bir yönümdə hazırlayır. Musa (ə) od əldə etmək və qızınmaq məqsədi ilə yola çıxsa da Allahın başqa bir məqsədi vardı.
Ayə 31:
﴿وَأَنْ أَلْقِ عَصَاكَ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّى مُدْبِرًا وَلَمْ يُعَقِّبْ يَا مُوسَى أَقْبِلْ وَلَا تَخَفْ إِنَّكَ مِنَ الْآمِنِينَ﴾
“(Səndən istəyirik ki,) əsanı atasan! (Musa əsanı atıb qəfildən) gördü ki, o (əsa) cəld və kiçik ilan kimi atılıb-düşür. Üz çevirib qaçdı, arxaya da baxmadı! (Ona nida olundu ki,) ey Musa! Yaxın gəl və qorxma. Həqiqətən, sən amandasan.”
Bildirişlər
1. Allah hər şeydən möcüzə yarada bilər.
2. Ciddi tapşırıqların icrası üçün öncədən təkrara ehtiyac var. (Həzrət Musa (ə) möcüzəni öncə özü görməli idi. Yalnız bundan sonra onu başqalarının hüzurunda təkrarlaya bilərdi.)
3. Peyğəmbərlər də digər insanlar kimi bəzi hadisələrdən həyəcanlanıb qorxmuşlar.
Dostları ilə paylaş: |