Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə38/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   34   35   36   37   38   39   40   41   ...   572

Ayə 29:


﴿فَلَمَّا قَضَى مُوسَىالْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِن جَانِبِ الطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ﴾

Musa (ə) elə ki müddəti başa çatdırdı, ailəsini götürüb yola düşdü. Tur (dağı) tərəfdə bir od gördü. Ailəsinə dedi: “Siz qalın, həqiqətən, mən bir od görmüşəm. Bəlkə, ondan bir xəbər tutam, ya sizin üçün bir miqdar od gətirəm ki, qızınasınız.”



Nöqtələr


“Anəstu” dedikdə aramlıq yaradan müşahidə mənası anlaşılır. “Cəzvə” sözü “parça, hissə”, “təstəlunə” sözü odla qızınmaq mənasını bildirir.

Həzrət Musa (ə) öz zövcəsinə cəm formada müraciət edir. Ola bilsin ki, həzrət Musa (ə) ötən 10 ildə övlad sahibi olmuşdu.

Hazırkı ayədəki və “Taha” surəsinin 10-cu ayəsindəki təbirlərdən aydın olur ki, həzrət Musa (ə) qaranlıq və soyuq bir gecədə hərəkət edirdi, eləcə də, yolu itirmişdi.

Bildirişlər


1. Mömin insan qəbul etdiyi şərtə və bağladığı müqaviləyə vəfalı olur.

2. Ailə-övlad hicrətə və vəzifənin yerinə yetirilməsinə mane olmamalıdır. Ailə başçısı da ailəni tənha buraxmamalı, onlarla birlikdə olmalıdır.

3. Ailəmizi təhlükə duyulan yerə aparmayaq. Uzaqdan görünən od hələ ki, Musaya (ə) şübhəli gəlirdi. Ona görə ailəsindən yerində qalmasını istəyib, özü tənha od arxasınca getdi.

4. Bir işin həyata keçməsinə əmin deyiliksə, qəti vəd verməyək. (“Bəlkə” sözü əminlik olmadığını göstərir.)

5. Kişi ailə-övladın ehtiyaclarını ödəməyə borcludur.

6. Ali irfan məqamına çatmaq üçün ailə-övladdan kənarlaşmaq lazım deyil. İnsan adi, təbii və sadə bir həyat tərzi ilə irfanın ən ali dərəcələrinə çata bilər.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin