Nöqtələr
Digər ayələri nəzərə alsaq “zikr” dedikdə Quran nəzərdə tutulur.1
Kafirlər və müşriklər heç vaxt hidayət olası deyil, peyğəmbərin onlara xəbərdarlığı təsirsizdir.2
“Qeybdə Rəhmandan çəkinən” dedikdə ya daxili bir qorxu, ya xəlvətdə qorxu, ya da Qiyamət sorğusundan qorxu nəzərdə tutulur.
Əzəmətli şəxsiyyətin heybət və böyüklüyü qarşısında yaranan hal “xəşyət” adlanır. “Xəşyət” adlanan bu qorxu cəza və əzab qorxusundan fərqlənir.
Bildirişlər
1. ”Dəmir mıx qayaya batmırsa əgər; Nəsihət daş qəlbə edərmi əsər?”
2. Xəbərdarlığı başa çatdırmağın (höccəti tamamlamağın) bir hesabı var, sözün təsirinin başqa bir hesabı. (Təsir ehtimalı olmasa da peyğəmbər xəbərdarlığı başa çatdırmalıdır.)
3. Quran zikr səbəbidir. Qurana itaət yatmış fitrətin oyanması, unudulmuşların yada salınması üçün bir vasitədir.
4. Allahın geniş rəhməti bizi arxayınlaşdırmamalıdır.
5. Daxili qorxu gerçək iman və xəşyət nişanəsidir.
6. Qorxu və ümidin yanaşı olması zəruridir. Ayədə həm xəşyət, həm də mərhəmət yada salınır.
7. İnsan zahirdə yox, xəlvətdə və daxilən Allahdan qorxmalıdır.
8. Peyğəmbərlər həm xəbərdarlıq etməli, həm də ümd verməlidir.
9. Müjdə peyğəmbərin xəbərdarlığından ayılan insana aiddir.
Ayə 12:
﴿إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ﴾
“Həqiqətən, ölüləri dirildən, öncədən göndərdiklərini, onların əsərlərini qeydə alan bizik. Aşkar (kitab formasında onun ixtiyarına verilir. Bu kitablar üç növdür: şəxsi kitab, ümmətlərin kitabı, ümumi kitab.2”
“İmam” dedikdə həm kitab, həm də şəxs nəzərdə tutula bilər.3 Rəvayətlərdə bildirilir ki, “imamin mubin” təbirinin ünvanlarından biri Əli ibn Əbu-Talibdir (ə). Bəli, ona kitab elmi verilmişdi.4
Bir çox təfsirçilər “imamin-mubin” dedikdə lövhi məhfuzun (ərşdə əməllərin yazıldığı lövhə) nəzərdə tutulduğunu bildirirlər. Bu lövhə Quranda “ümmül-kitab” kimi yada salınır.5 Bütün biliklər və müqəddəratlar bu kitabda əks olunduğundan onu “imam” adlandırmışlar.6
Dostları ilə paylaş: |