Nöqtələr
Düşər-düşməz, uzursuzluq əlaməti kimi xürafatlar qədimdə də olub, bu gün də var. İstənilən bir məntəqədə nələrsə uğursuzluq əlaməti sayılır. İslam belə bir əqidəni şirk sayır və rədd edir.1 Kafirlərsə bu əməli Allaha təvəkkül sayır.2
Nələrisə uğursuzluq əlaməti saymağın bir sıra acı nəticələri var: insanlara münasibətdə bədgümanlıq, işlərdə səngimə, məğlubiyyət təlqini... Allah övliyalarının və müqəddəsliklərin uğursuzluq əlaməti sayılması isə daha pisdir.
Bildirişlər
1. İstənilən bir azğın sözə aydın cavab verilməlidir.
2. Təkzib, təhqir, hədə kafirlərin qaydasıdır.
3. Uğursuzluq əlamətlərinə inam cahiliyyət adət-ənənələrindəndir.
4. Məntiqi olmayan insan xürafata üz tutur.
5. Düşüncə azğınlığı əməl azğınlığı üçün müqəddimədir.
6. Küfr qəlbidaşlıq mayası, peyğəmbərə qarşı kobudluq zəminəsidir.
7. Peyğəmbərlərin aydın məntiqi qarşısında sözü olmayan kafirlər təkzibdən sonra hədəyə əl atır.
8. Peyğəmbərlərin işi qəfləti aradan qaldırmaq, insanların diqqətini sağlam fitrətə yönəltməkdir.
9. Azğınlıq və tüğyan israf cilvələrindəndir.
10. Bədbəxtliyin kökü Allaha və Onun peyğəmbərlərinə imanda yox, tüğyan və israfdadır.
Ayə 20:
﴿وَجَاء مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ﴾
“Bir kişi şəhərin ən uzaq məntəqəsindən tələsik gəlib dedi: “Ey mənim qövmüm! Bu peyğəmbərlərə tabe olun.”
Ayə 21:
﴿اتَّبِعُوا مَن لاَّ يَسْأَلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ﴾
“Muzd istəməyən və özləri doğru yolda olan kəslərə (tabe olun).”
Dostları ilə paylaş: |