Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə563/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   559   560   561   562   563   564   565   566   ...   572

Nöqtələr


Girami Peyğəmbər (s) sehrbazlıq, divanəlik, kahinliklə yanaşı şairlikdə ittiham olunurdu. Hansı ki, şer və vəhy yox, təxəyyül məhsuludur, hislərdən qaynaqlanır, vəhydən fərqli olaraq şerdə şişirtmələrə yol verilir. Quran şer kimi ölçülü və fəsahətli olsa da, onun əsasını təxəyyül yox, vəhy təşkil edir.

Quran yalnız zikrdir: Allahın qüdrət və qəhr-qəzəbinin zikri, Onun lütf və nemətlərinin xatırlanması, Onun əfv və bəxşişinin yada salınması, Onun sünnə və qanunlarının xatırlanması, peyğəmbərlərin və övliyaların yada salınması, ibrət dolu tarixdən öyüd götürülməsi, ümmətlərin izzət və süqut amillərinin nəzərə çatdırılması, xeyir əməl sahibləri və doğru yolu tutanların zikri, kafir və günahkarların yada salınması, ixlas və isar kimi, şücaət və infaq kimi səciyyələrin yada salınması, təkəbbürlü və azğın başçıların törətdiyi qətllər və sonda acı aqibətinin zikri, əmr və qadağaların, moizə və nəsihətlərin, varlıq aləmindəki mövcudların nəzərə çatdırılması, gələcəkdə haqq hökumətinin qələbəsi və yer üzündə ədalətin bərpa olmasının zikri, Qiyamət səhnələrinin xatırlanması, cəhənnəm əzabı və behişt nemətlərinin yada salınması... Bəli, Quran başdan-başa zikr və xatırlatmadır.



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   559   560   561   562   563   564   565   566   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin