Ayə 34, 35, 36, 37, 38, 39, 40, 41:
﴿فَإِذَا جَاءتِ الطَّامَّةُ الْكُبْرَى﴾﴿يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَى﴾﴿وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَى﴾﴿فَأَمَّا مَن طَغَى﴾﴿وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا﴾﴿فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَى﴾﴿وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى﴾﴿فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى﴾
“Bir vaxt ki, həmin böyük hadisə yetişər; həmin gün insan öz təlaşlarını yada salar; cəhənnəm hər görən şəxs üçün aşkar olar; həddi aşıb, dəyərsiz dünya həyatını üstün tutanın yeri, şübhəsiz, cəhənnəmdir; amma Rəbbinin məqamından qorxub nəfsini saxlayanın yeri, şübhəsiz, behiştdir.”
Bildirişlər
1. Qiyamət bütün başqa hadisələri öz təsiri altına alan böyük və əhatəli bir hadisədir.
2. İnsan qiyamətdə daim dünyadakı işlərini yada salar.
3. Azğınlığın kökü dünyapərəstlikdir.
4. Allah üçün qorxu yoxdur və Onun məqamı insanlar üçün qorxu səbəbidir. Günahkar insan, adətən, hakimdən qorxur.
5. Nəfslə mübarizənin əsası Allah qorxusudur.
6. İnsan nəfsi fitnəkardır, onu cilovlamaq lazımdır.
7. İlahi qanunlar hamıya tətbiq olunur.
8. Dünya yox, dünyanın axirətdən üstün tutulması pisdir.
Dostları ilə paylaş: |