Ayə 11, 12, 13, 14, 15, 16:
﴿كَلَّا إِنَّهَا تَذْكِرَةٌ﴾﴿فَمَن شَاء ذَكَرَهُ﴾﴿فِي صُحُفٍ مُّكَرَّمَةٍ﴾﴿مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍ﴾﴿بِأَيْدِي سَفَرَةٍ﴾﴿كِرَامٍ بَرَرَةٍ﴾
“Belə deyil! Həqiqətən, bunlar öyüd-nəsihətdir; istəyən onu öyrənsin, ondan öyüd götürsün; o dəyərli, uca mərtəbəli, pak səhifələrdədir; səfirlərin əlində; böyük və xeyirxah səfirlərin!”
Nöqtələr
◘”Suhuf” sözü yazılmış kağız, məktub mənası bildirən “səhifə” sözünün cəm formasıdır. “Səfərə” dedikdə katiblər mənası anlaşılır. “Əsfar” kitab mənası bildirən “Sifr” sözünün cəm forması olduğu kimi, “səfərə” də “safir” sözünün cəmidir. “Bərərə” dedikdə xeyir əməl sahibləri mənası nəzərdə tutulur.1 (Qeyd)
◘”Səfərə” dedikdə vəhy gətirən səfirlər, elçilər nəzərdə tutulur. Hazırda vəhyi peyğəmbərlərə çatdıran mələklərə işarə olunur. Bu mələklər Cəbrailin köməkçiləridir və ona tabedirlər.2 (Qeyd)
Bildirişlər
1. Quran ayələri öyüd-nəsihət, bəşər fitrətinin oyanış amilidir.
2. Quranın məqam və mərtəbəsi azğınlar, təhrifçilər üçün əl çatmazdır.
3. Quranı hündür yerdə saxlamaq lazımdır.
4. Quran istənilən bir bulaşıqlıqdan hifz edilməlidir.
5.Quranın dəvətində ikrah və məcburiyyət yoxdur. İnsan öz istəyi ilə onu qəbul edə bilər.
6. Allahın uca tutduğunu biz də uca tutmalıyıq.
7. Qurani-kərimi uca məqamlı mələklər Peyğəmbərə (s) çatdırır. (Həm Quranı göndərən Allah, həm Quran özü, həm onu gətirənlər, həm də onun nazil edildiyi kəs ucadır.)
Dostları ilə paylaş: |