بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7:
﴿هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ﴾﴿وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ﴾﴿عَامِلَةٌ نَّاصِبَةٌ﴾﴿تَصْلَى نَارًا حَامِيَةً﴾﴿تُسْقَى مِنْ عَيْنٍ آنِيَةٍ﴾﴿لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ﴾﴿لَا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ﴾
1. “Həmin əhatəli hadisənin xəbəri sənə çatdımı?”; 2. Həmin gün çöhrələr zəlil vəziyyətdədir”; 3. Təlaş göstərmiş, əziyyət çəkmişlər”; 4. “Yandırıcı oda girərlər”; 5. “Onlara qaynar çeşmələrdən içirilər”; 6. “Quru və acı tikandan başqa yeməkləri olmaz”; 7. Həmin qida nə artırar, nə də aclığı aradan qaldırar.”
Nöqtələr
◘”Ğaşiə” dedikdə örtən mənası anlaşılır. Bu söz qiyamət hadisəsinə işarədir. Qiyamət günü hamını ağuşuna alar. “Amilə” dedikdə çalışqan mənası nəzərdə tutulur. “Nasibə” sözü insanı yoran məşəqqətli iş mənasını bildirir. “Hamiyə” dedikdə çox qaynar, “aniyə” dedikdə çox yandırıcı mənaları nəzərdə tutulur.
◘Olsun ki, “vucuh” sözü tanınmış simalar mənasını ifadə edir. Yəni həm pislərin, həm də yaxşıların tanınmışları.
◘Həzrət Peyğəmbərin (s) buyuruğuna əsasən, “zəri” cəhənnəmdəki tikana bənzər bitkinin adıdır. “Zəri” leşdən üfunətli, oddan isti və çox acıdır.1 (Qeyd) Bu tikanı yeyənlər fəryad çəkib zarıdığından onun adının “zəri” qoyulması mümkündür.
◘Ağır zəhmətlər sayəsində başa gəlmiş bir çox işlərdə ixlas olmadığından, bu işlər ilahi göstərişlərə uyğun gəlmədiyindən, minnət və günahla müşayiət olunduğundan puça çıxır və qiyamətdə bəhrə vermir.
◘İlahi dünya görüşündə işin qəbulu üçün məqsəd, rəhbərlik, müqəddəslik kimi şərtlər var.
Bildirişlər
1. Qiyamət hadisəsi o qədər əhatəlidir ki, bu barədə hamı düşünməlidir.
2. Dünyadakı təlaşların bir hissəsi qiyamətdə fayda verməz.
3. Yalnız xalis insanlar öz zəhmətlərindən bəhrələnər.
4. Məad cismanidir. Çünki artımla bağlı köklük və arıqlıq kimi mövzular cismə aiddir.
Dostları ilə paylaş: |