Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə307/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   303   304   305   306   307   308   309   310   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4:

﴿لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّى تَأْتِيَهُمُ الْبَيِّنَةُ﴾﴿رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً﴾﴿فِيهَا كُتُبٌ قَيِّمَةٌ﴾﴿وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَةُ﴾

Kitab əhlindən və müşriklərdən olan kafirlər onlara aşkar dəlil gələnədək (öz azğın yollarından) əl çəkməzlər; Allah tərəfindən göndərilmiş Peyğəmbərlər onlara kitab oxuyar; onda möhkəm və dəyərli yazılar var; kitab verilmiş kəslər onlara aşkar dəlil gəldikdən sonra parçalandılar.”


Nöqtələr
◘”Bəyyinə” dedikdə aydın dəlil nəzərdə tutulur. Bu dəlil vasitəsi ilə haqq batildən seçilir.

“Qəyyimə” sözü bir başa, möhkəm və dəyərli mənasını bildirir. Başqalarının işinə can yandırıb onların müdafiəsinə qalxan şəxs “qəyyim” adlanır. “Qəyyimə” sözünün sonundakı “ta” hərfi mübaliğə üçündür.

◘İlk ayə iki cür təfsir edilir: birinci təfsirə əsasən, ayədə kitab əhli və müşriklərin vəfasızlığından danışılır. İkinci təfsirə əsasən, ayədə xəbərdarlıq başa çatdırılır, höccət tamamlanır.

Kafirlər iddia edirdilər ki, onlara aydın dəlil gələnədək mövqelərini dəyişməyəcəklər. Amma aydın dəlil gəldikdən sonra da inadkarlıqlarından əl çəkmədilər. Oxşar məzmunla “Bəqərə” surəsinin 89-cu ayəsində rastlaşırıq. Çoxları İslamın zühurundan öncə yeni peyğəmbərin gəlişini gözləyirdilər. Amma Peyğəmbər (s) gəldikdən sonra üz çevirdilər.

◘”Suhuf” sözü “səhifə” sözünün cəm formasıdır. Belə görünür ki, səmavi kitabın hər bir hissəsi ayrıca səhifədir. Tövrat kitab olsa da Quran onu səhifə adlandırır.1 (Qeyd)
Bildirişlər
1. Aydın dəlil göstərənədək xalqın yola gələcəyini gözləməyək.

2. Xəbərdarlığın başa çatdırılmasında kafirlər müşriklərdən fərqləndirilmir. Allah aşkar dəlillər göndərməklə höccəti tamamlayır.

3. Kitab əhlindən umacaq böyükdür. İlk ayədə kitab əhli və müşriklərdən danışılsa da, növbəti ayələrdə yalnız kitab əhli məzəmmət olunur.

4. Allah peyğəmbər və səmavi kitab vasitəsi ilə höccəti tamamlayır.

5. Quran istənilən növ nöqsan və xətadan uzaqdır.

6. Quranda möhkəmlik gətirən göstərişlər var.

7. Quran həm özü mötədildir, həm cəmiyyətdə mötədillik və möhkəmlik yaradır.

8. Azğın nəfs istəkləri meydan sulayan yerdə elm və bilik faydasızdır. Kitab əhli haqqı anlasa da, nəfs istəkləri səbəbindən yola gəlmirdilər.


Ayə 5:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin