Nöqtələr
◘“Ədv” sözü təcavüz mənasını bildirir. Qaçmaq adi hərəkət həddini keçdiyindən qaçış “ədv” adlanır. “Zəbh” dedikdə atın nəfəs səsi mənası anlaşılır. “Qədh” sözü çaxmaq daşından qığılcım çıxması mənasını bildirir. “İğarə” sözündən olan “Əl muğirat” sözü sürətli hücum mənasında işlədilir. “Subha” sözü düşməni yuxuya vermək mənasına işarədir. “İsarə” sözündən olan “əsərnə” sözü yaymaq mənasını bildirir. “Nəq” dedikdə poz, “kənud” dedikdə nankor mənaları nəzərdə tutulur. “Busir” sözü bayıra çıxarmaq, alt-üst etmək mənasında işlədilmişdir. “Hussil” dedikdə içi qabıqdan çıxarmaq, yaxşını pisdən ayırmaq mənaları nəzərdə tutulur.
◘Quran bəzi ayələrdə insanları müəyyən sifətlərinə görə məzəmmət edir. İnsan sitəmkar, həris, ümidsiz, nankor, səbrsiz, xəsis adlandırılır.1 (Qeyd) Digər tərəfdən insan əziz, üstün, gözəl qiyafəli, ilahi ruh sahibi kimi yada salınır.2 (Qeyd)Bəli, insanda iki hərəkət amili var: əql və nəfs istəyi. İlahi yol tutmuş insan bir məqsədə çatır, azğın nəfs yolunu tutmuş insan başqa bir məqsədə.
◘Quranda bildirilir ki, var-dövlətə hərislik axirəti insana unutdurur.
◘Quran dünya malından danışarkən “xəyr” təbirini işlədir. Bununla insana anladılır ki, dünya malı xeyir yolda istifadə olunmalıdır. Xeyir yolda, xeyir niyyətlə, xeyir bir şəkildə!
Bildirişlər
1. Cihad və müdafiə dəyərlidir ki, Allah mücahidlərin süvar olduğu atların nəfəsini and içir.
2. Müqəddəs cihad bu yoldakı hər şeyi müqəddəsləşdirir. Hətta atın nəfəsinə and içilir.
3. Müsəlmanlar süvari, cəld olmalıdırlar. (Atın nəfəsinə andda süvariliyə təşviq var.)
4. Atlar Allah yolunda çapır, insan isə itaətsizlik göstərir.
5. Düşmən ilə cihadda cəldlik bir dəyərdir.
6. Düşmənin qəflətindən hücum üçün istifadə edin.
7. Düşməni elə yuxuya verin ki, ayağa qalxmağa fürsət tapmasınlar.
8. Nankorluq və dünya malına məhəbbət insanı düşmən cəbhəsinə keçirər.
9. Şəhidləri, ilahi yardımları unutmayın.
10. Qələbə və əmin-amanlıq insanı qürrələndirir. Ona xəbərdarlıq lazımdır.
11. İnsanın vicdanı agahdır. İnsan bəhanə gətirdiyi vaxtda pis iş gördüyünü anlayır.
12. İslamda sərvət, var-dövlət xeyir adlandırılır.
13. Var-dövlətə bağlılıq fitri bir meyldir. Məzəmmət olunan isə insana halal-haramı ilahi əmrləri unutduran ifrat bağlılıqdır.
14. Qəbirdən danışılması məadın cismani olduğunu göstərir.
15. Qiyamətin yada salınması nankorların və dünyapərəstlərin oyanışı üçün səbəbdir.
16. Qiyamət günü iç sirləri açılar və hesaba çəkilər.
17. Allah bizim düşüncə və əməllərimizdən tam xəbərdardır.
18. Allah insanın dünyadakı işlərindən də agahdır. Amma Onun xəbərdarlığı qiyamət günü üzə çıxır.
19. Allah hər şeydən xəbərdar olduğu üçün dəqiq hesab aparır.
20. İnsan Allahı inkar etdiyi kimi başqalarını inkar edə bilmir. O Allaha qarşı daha çox nankordur.
“QARİƏ” SURƏSİ
Dostları ilə paylaş: |