Ayə 13, 14, 15, 16, 17, 18:
﴿فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ﴾﴿وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً﴾﴿فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ﴾﴿وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ﴾﴿وَٱلْمَلَكُ عَلَى أَرْجَائِهَآ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ﴾﴿يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَى مِنكُمْ خَافِيَةٌ﴾
“Surun bircə dəfə üfürüləcəyi; yer və dağların qaldırılıb bir-birinə vurulacağı; bəli, həmin gün böyük hadisə baş verər; göy parçalanar və həmin gün süst olar; mələklər onun ətrafındadır, həmin gün Rəbbinin ərşini səkkiz nəfər başı üzərində aparar; həmin gün (hesab üçün) təqdim olunarsınız; heç bir gizli işiniz məxfi qalmaz.”
Nöqtələr
◘”Dəkk” dedikdə parçalamaq, viran qoymaq mənası nəzərdə tutulur. Hamar və yumşaq torpaq da “dəkk” adlanır. “Vahiyə” sözü süst, “ərca” sözü ətraf mənasını bildirir.
◘Bu ayələrdə “yəvmə izin” sözünün təkrarlanması qiyamət gününün əhəmiyyətini göstərir.
◘İmam Sadiq (ə) buyurur: “Ərşi daşıyan səkkiz nəfərdən bəziləri peyğəmbər, bəziləri imamlardır: Nuh, İbrahim, Musa, İsa, Məhəmməd (s), Əli (ə), Həsən (ə), Hüseyn (ə). Ərş dedikdə ilahi elm nəzərdə nəzərdə tutulur demək, qiyamətdə mələklərdən də üstün Allah övliyaları var və onlar insanların əməllərindən xəbərdardır.”1 (Qeyd)
◘Əli ibn Əbu-Talib (ə) buyurur: “Allahın ərşi taxt yox, məhdud, yaranmış, idarə olunan bir mövcuddur. Mələklər Allahın verdiyi qüdrətlə onu daşıyırlar.”2 (Qeyd)
Bildirişlər
1. Surun üfürüləcəyi labüd işlərdəndir.
2. Varlıq nizamı ildırım səsi ilə dağılar.
3. Qiyamət günü yer öz orbitindən çıxar, dağılar, yerindən qopub bir-birinə çırpılar.
4. Dağların parçalanması şiddət və sürətlə baş verər.
5. Ən mühüm hadisə qiyamət hadisəsidir və başqa hadisələr onunla müqayisədə heç nədir.
6. Möhkəm səmalar sonda süstləşər.
7. Qiyamətdə varlıq nizamı pozulsa da, digər bir nizam hakim olar. Bu nizam mələklərin hüzuru ilə bərpa olar.
8. İnsan şəxsiyyətinin bütün gizli nöqtələri qiyamət günü açılar. İnsanın kimiliyi üzə çıxar. Onun yaxşı və pis əməlləri, düşüncə və məqsədləri, nöqsan və kamillikləri açıqlanar.
Dostları ilə paylaş: |