Nur təFSİRİ


Ayə 35, 36, 37, 38, 39, 40, 41, 42, 43



Yüklə 1,72 Mb.
səhifə113/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   109   110   111   112   113   114   115   116   ...   348
Ayə 35, 36, 37, 38, 39, 40, 41, 42, 43:

﴿فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَاهُنَا حَمِيمٌ﴾﴿وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ﴾﴿لَا يَأْكُلُهُ إِلَّا ٱلْخَاطِؤُونَ﴾﴿فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ﴾﴿وَمَا لَا تُبْصِرُونَ﴾﴿إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ﴾﴿وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَا تُؤْمِنُونَ﴾﴿وَلَا بِقَوْلِ كَاهِنٍ قَلِيلًا مَا تَذَكَّرُونَ﴾﴿تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَالَمِينَ﴾

Belə ki, bu gün burada səmimi bir dostu yoxdur; irindən başqa qidası da yox; onu yalnız xətakarlar yeyər; and olsun gördüyünüzə; və görmədiyinizə; həqiqətən, o (Quran) əziz peyğəmbərin kəlamıdır; bir şair sözü deyil; nə az inanırsınız; kahin sözü də deyil; nə az düşünürsünüz; (həqiqətən, Quran) aləmlərin Rəbbi tərəfindən göndəriləndir.”


Nöqtələr
◘”Ğislin” dedikdə cəhənnəm əhlinin bədənindən ayrılan irin və çirk nəzərdə tutulur.

◘”Rəsulin kərim” ifadəsi Cəbrəil yox, İslam peyğəmbərinə işarədir. Çünki sonrakı cümlələrdə həmin şəxsin kahin və şair olmadığı bildirilir. Şairlik və kahinlikdə suçlanan isə Peyğəmbər (s) idi.

◘Müşriklər Quranı şer kitabı sayır, Peyğəmbəri (s) şair adlandırırdılar. Hansı ki, Peyğəmbərdən (s) bir dənə də şer nəql olunmamışdır.1 (Qeyd)

◘Qiyamətdə cəzalar günahlara münasib olar. Dünyada miskinə can yandırmayan axirətdə canıyanan yoldaşsız qalar. Dünyada yoxsula təam verməyən qiyamətdə pis qida ilə qidalandırılar.

◘Görünən və görünməyənlərə and bu surədəki ən böyük anddır. Görünənlər dedikdə ətrafda müşahidə olunanlar, görünməyənlər dedikdə qeyb aləmi, okeanların dibi, gözə görünməyən hər şey nəzərdə tutulur.

◘Quran tədricən nazil olmuşdur. “Tənzil” sözü tədrici göndərişi bildirir. Əlbəttə ki, bütün Quran qədr gecəsində Peyğəmbərin (s) qəlbinə nazil oldu. Sonradan 23 il ərzində tədricən göndərildi. Necə ki banka bir dəfəyə qoyulmuş pul tədricən götürülür.

◘Peyğəmbər (s) mütləq kəramət sahibi idi. “Rəsulin kərim” dedikdə onun ailə-övlad, dost-düşmən, qonşu, yoxsullara münasibətdə, çətinlik və asanlıqda kəraməti nəzərdə tutulur.

◘”Ğaşiə” surəsinin 6-cı ayəsində bildirilir ki, cəhənnəm əhlinin təamı yalnız ”zəri”dir. Bu qida “Duxan” surəsinə əsasən “əssim”, “ğislin”dir.2 (Qeyd) Zəkkum və zəri eynidir, ğislin onların içkisidir. Yəni cəhənnəmdə bir növ qida, bir növ içki var. Olsun ki, cəhənnəmdə hər dəstəyə bir növ təam verilir. Kimi zəri, kimi zəkkum, kimi ğislinlə qidalanır.


Bildirişlər
1. Cəhənnəm əhli nə fiziki, nə də mənəvi baxımdan rahatdır.

2. Böyük Allaha iman gətirilməməsi, aclara diqqətsizlik bağışlanmayan günahlardır.

3. Allahın nəzərində bütün varlıq aləmi dəyərlidir. Çünki O bütün varlığa and içir.

4. Maddiyata bağlanıb qalmayaq, gözə görünməyən şeylər çoxdur.

5. Müdiriyyətdə sağlam qüvvələri müdafiə edin, onlara yönəlmiş şübhələrə cavab verin.

6. Allah xəbərdarlığı başa çatdırır. Vəhy Allah tərəfindən, peyğəmbər vasitəsi ilə göndərilir.

7. Təbliğatçı bütün dinləyicilərin iman gətirəcəyini gözləməməlidir.

8. İman təklikdə bəs etmir, zikr də lazımdır. İmanlı insanın da qəflətdə qalması mümkündür.

9. Əksəriyyət qəqbul etmir deyə haqq sözə göz yummayın.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin