Ayə 15, 16, 17, 18, 19:
﴿هَلْ أتَاكَ حَدِيثُ مُوسَى﴾﴿إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى﴾﴿اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى﴾﴿فَقُلْ هَل لَّكَ إِلَى أَن تَزَكَّى﴾﴿وَأَهْدِيَكَ إِلَى رَبِّكَ فَتَخْشَى﴾
“Musanın əhvalatı sənə çatdımı? Bir vaxt Rəbbi ona müqəddəs Tuva vadisində belə nida etdi: “Firona doğru ged, o azğınlıq edib. Ona de ki, paklanmaq istəyirsənmi? Səni Rəbbinə doğru hidayət edimmi ki, qorxasan (azğınlıq etməyəsən).”
Nöqtələr
◘”Vad” sözü vadi sözündəndir və iki dağ, iki təpə arasındakı ərazini bildirir. Tur dağının aşağısındakı vadi “tuba” adlanır.
◘”Xəşyət” Allahın əzəməti qarşısında imandan yaranan qorxu mənasını bildirir.
◘”Zəkat” sözündən olan “təzəkka” sözü həm inkişaf, həm inkişaf, həm də paklıq mənalarını ifadə edə bilər.
◘Allahla söhbət yeri pak və müqəddəs olmalıdır.1 (Qeyd)
Bildirişlər
1. Söhbətə sualla başlamaq dinləyicinin marağını gücləndirir.
2. Keçmiş peyğəmbərlərin əhvalatlarının nəqli sonrakı peyğəmbərlərin ruhiyyəsini gücləndirir.
3. İlahi rəhbərlər azğın rəhbərlərlə mübarizədən öncə Allahla rabitələeini möhkəmləndirirlər.
4. Yer üzündə bəzi ərazilərin xüsusi hörməti və müqəddəsliyi var.
5. Peyğəmbərlər zalım hakimlərlə mübarizənin rəhbərləridirlər.
6. Nəhy əz munkər zamanı pisliklərin kökünü axtarın.
7. Hətta Fironun da hidayətindən ümidinizi üzməyin. Haqqı bəyan edib xəbərdarlığı başa çatdırın.
8. Nəhu əz munkərdə, insanları pis işlərdən çəkindirərkən hətta zalım hakimlərlə aram danışın.
9. Suallar ünvanlamaqla fitrətləri oyadın.
10. Təbliğdə mülayim danışmağın zəruriliyini unutmayın.
11. Peyğəmbərlərin dəvətində əsas məqsəd insanların paklanmasıdır.
12. İnsanların dəvət və təbliğində hamının bəyənib qəbul edəcəyi sözlərdən istifadə edin.
13. İnsanların paklanmağa meyli olmasa peyğəmbərlərin təlaşları əbəsdir.
14. Peyğəmbərlər zalım hakimlərlə mübarizədə öncə öyüd-nəsihətə yer verir.
15. Allah qorxusu hidayətin qəbulu nişanəsidir.
16. Peyğəmbərlər insanları özlərinə tərəf yox, Allaha doğru çağırmışlar.
17. Azğın yolda Allah qorxusu və paklıq yoxdur.
18. İnsanın əxlaqi baxımdan pak olmaması azğınlığın köküdür.
19. Fərdlərin islahı onların istək və iradələrindən asılıdır.
Dostları ilə paylaş: |