Nur təFSİRİ


Ayə 24, 25, 26, 27, 28, 29, 30, 31, 32



Yüklə 1,72 Mb.
səhifə216/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   212   213   214   215   216   217   218   219   ...   348
Ayə 24, 25, 26, 27, 28, 29, 30, 31, 32:

﴿فَلْيَنظُرِ الْإِنسَانُ إِلَى طَعَامِهِ﴾﴿أَنَّا صَبَبْنَا الْمَاء صَبًّا﴾﴿ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا﴾﴿فَأَنبَتْنَا فِيهَا حَبًّا﴾﴿وَعِنَبًا وَقَضْبًا﴾﴿وَزَيْتُونًا وَنَخْلًا﴾﴿وَحَدَائِقَ غُلْبًا﴾﴿وَفَاكِهَةً وَأَبًّا﴾﴿مَّتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ﴾

İnsan öz qidasına baxsın; suyu lazım olduğu kimi (səmadan) endirdik; sonra yeri yaxşıca parçaladıq; onda toxum cücərtdik; həm də üzüm, göyərti; zeytun, xurma; sıx ağaclı bağlar, meyvə və otlar; onlar sizin və heyvanlarınızın bəhrələnməsi üçündür.”


Nöqtələr
◘”Səbb” dedikdə suyu yuxarıdan aşağıya axıtmaq mənası nəzərdə tutulur. Bu söz yağışın səmadan, suyun şəlalələrdən tökülməsinə işarədir.

◘”Qəzb” sözü yenicə yığılmış və xırdalanmış göy mənasını ifadə edir. Heyvanlar üçün yığılan ot və yonca da bu qəbildəndir.

◘”Şəqəqnəl-ərz” dedikdə torpağın yenicə cücərmiş toxumun gövdəsi ilə parçalanması nəzərdə tutulur. Bəli, toxun inkişaf edib torpağı yarır və öz təkamülünü davam etdirir.

◘”Həbbən” sözü buğda, arpa, noxud, mərci kimi dənli bitkilər mənasını ifadə edir.

◘”Hədaiq” sözü bağ-bağça mənası bildirən “hədiqə” sözünün cəm formasıdır. Bu qəbil bağların ətrafına hasar çəkilir. Böyük və canlı ağac “ğəlba” adlanır. “Ğulb” sözü “ğəlba” sözünün cəm formasıdır.

◘İnsan öz qidalarına diqqətli olmalı, onların halal-haramlığına baxmalı, başqalarının imkanlarını nəzərə almalı, qidalardan aldığı enerjini düzgün sərf etməlidir. İnsan bu qidaların necə hazır olduğu barədə düşünməlidir. İmam Baqir (ə) 24-cü ayədəki “təam” sözünün mənəvi təama aid olduğunu əsas götürərək buyurur: “İnsan kimdən elm öyrəndiyinə diqqətli olmalıdır.”1 (Qeyd)


Bildirişlər
1. İnsana ilahi nemətlərdən biri olan qida haqqında düşünmək əmr edilir. Düşüncəsizlik heyvana xas xüsusiyyətdir.

2. Əgər dəyərləndirmədə mənəvi meyarlar əsas götürülməsə, maddi nemətlərdən faydalanan insanla heyvan eyni cərgədə dayanmalıdır.

3. Nemətlərin ərsəyə gəlməsinə diqqət küfrü aradan qaldıran amillərdəndir.

4. Varlıq aləmi allahşünaslıq məktəbidir. İnsanın daxilində də, xaricində də təkamül prosesi gedir.

5. Yağışın yağması, müxtəlif bitki və ağacların cücərməsi məqsədlidir. İnsanlar və heyvanlar üçün qida nəzərdə tutulması ilahi hikmətlərdəndir.

6. Üzüm, zeytun və xurma Quranın tövsiyə etdiyi meyvələrdəndir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin