Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə212/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   208   209   210   211   212   213   214   215   ...   348
Ayə 42, 43, 44, 45, 46:

﴿يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا﴾﴿فِيمَ أَنتَ مِن ذِكْرَاهَا﴾﴿إِلَى رَبِّكَ مُنتَهَاهَا﴾﴿إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا﴾﴿كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا﴾

Səndən qiyamətin nə vaxt baş verəcəyi barədə soruşurlar; sən bu barədə nə deyə bilərsən?! Bu işin başlanğıcı və sonu yalnız sənin Allahına məlumdur; sənin vəzifən qorxan kəsə xəbərdarlıq etməkdir; qiyaməti gördükləri gün (dünya və bərzəxdə) bir gecə və ya bir gün qaldıqlarını düşünərlər.”


Nöqtələr
◘Quranda qiyamətlə bağlı suallar mövzusuna dəfələrlə toxunulur. Amma bus sual cavablandırılmır. Çünki ölüm və qiyamət vaxtının məxfi qalması ilahi lütflərdəndir. Əgər insan öz ölümünün və qiyamətin vaxtını bilsəydi rahatlığı pozulardı.

◘Əsas məsələ qiyamətin vaxtını bilmək yox, bu hadisənin gerçəkliyinə inanmaqdır.

◘Qafil insanlar üçün xəbərdarlıq müjdədən təsirlidir.
Bildirişlər
1. Qiyamətlə bağlı bəzi suallar yersizdir və onlara cavab verməmək olar.

2. Bəşəriyyətə aid olmayan mövzularda danışmaq mənasızdır.

3. Bəşəriyyətin elmi məhduddur, onlar ilahi elmin sonuna çata bilməzlər.

4. Peyğəmbərin vəzifəsi insanları məcbur etmək yox, onlara öyüd-nəsihətdir.

5. Peyğəmbərlərin dəvətinin qəbulu üçün insanların ruhi hazırlığı və günahdan qorxması şərtdir.

6. Axirət o qədər əzəmətlidir ki, bütün dünya və bərzəx ömrü onunla müqayisədə bir gecə və ya bir gündüzü xatırladır.


ƏBƏSƏ” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin