Nöqtələr
◘”Nəcd” dedikdə hündür yer, “təhamə” dedikdə dərə nəzərdə tutulur. İmam Sadiq (ə) buyurur ki, xeyir və şər yola birlikdə “nəcdəyn” deyilir.1 (Qeyd)
Xeyir və şər yolun yüksələn yola bənzədilməsinin müəyyən səbəbləri ola bilər. Məsələn, xeyir yol nəfslə mübarizə, şər yol onun adı nəticələri səbəbindən yüksələn yol kimi çətin ola bilər. Digər bir tərəfdən, xeyir və şər məsələsi düşüncəli insan üçün hündür yer kimi aydındır.
◘”Əqəbə” sözü dolama, dar keçid mənasını bildirir. “İqtəham” dedikdə insanın özünü çətinliyə salması nəzərdə tutulur. “Məsğəbə” sözü aclıq, “məqrəbə” sözü qohum, “mətrəbə” sözü torpağa oturmuş mənasını ifadə edir.
◘Hədisdə nəql olunur ki, imam Riza (ə) süfrəyə əyləşərkən yanına böyük bir sini qoyarmış. O süfrədə olanların ən yaxşılarından həmin siniyə yığar və fəqirlərə göndərərmiş. Həmin vaxt imamın “bələd” surəsinin 14-cü surəsini oxuduğu bildirilir. İmam uyğun ayəni oxuduqdan sonra buyurarmış: “Allah bilir ki, hamıda qul azad etmək gücü yoxdur. Buna görə də behiştə aparacaq başqa yollar qoyub.”2 (Qeyd)
◘Ötən ayədə bildirildi ki, insan kimsənin onu görmədiyinimi düşünür? Hazırkı ayədə insan nəzarətdə olmadığı üçün qınanır.
◘Allah-taala insanın gözü üçün bir neçə qoruyucu vasitə qərar vermişdir. Göz kəllə sümüyündəki çökəkliklərdə yerləşir. Piydən olan gözün zaman ötdükcə xarab olmaması üçün o duzlu göz yaşı ilə təmasda olur. Kipriklər gözün qapıçısı, göz qapaqları onun örtüyüdür. Qaşlar gözə kölgə salır, alındakı xətlər təri çörənin iki tərəfinə yönəldir.
Göz gün uzunu on minlərlə əks qeydə alır. O xüsusi bir tənzimləməyə ehtiyac duymur. Piydən yaranmış, on illər boyu əks qeydə alan bu qurğu Allahın qüdrətindən danışmırmı?!
Göz məhəbbət və qəzəbin, təəccüb və təsdiqin, gözəllik və eşqin aynasıdır. İnsan göz vasitəsi ilə rabitəyə qatılır, dil vasitəsi ilə ünsiyyət yaradır. Bu üzvlər ətraf aləmlə ən üstün, ən ucuz, ən sadə, ən ümumi rabitə vasitəsidir, onlar vasitəsi ilə insan öz biliyini artırır. İnsan bir gözü ilə məsafəni təyin edib incəliklərə vara bilmir. Olsun ki, bu səbəbdən Quranda hər iki göz qeyd olunur.
Göz insana xüsusi gözəllik verir, onun informasiya əldə etməsinə yardımçı olur. Ağzı və qulağı örtülü insanı tanımaq olur. Amma gözləri bağlı insanı tanımaq mümkün deyil. Göz qəlb və eşq pəncərəsidir. Şair deyir:
Aman göz əlindən könül əlindən,
Göz görəni qəlbdə tapasısan sən.
Bir xəncər düzəldim tiyəsi polad,
Sancım gözə könül qoy olsun azad.
◘Göz ətrafa nüfuz yoludur. Müəllimin gözünə baxan şagirdlə lent yazısında müəllimi dinləyən şagird arasında çox fərq var.
◘Dil və dodaqlar birlikdə səs yaradır. Onların həmkarlığı yoxsa, danışmaq da mümkün deyil.
Dinlərin müxtəlifliyi,çeşidli ləhcələr Allahın qüdrətindən danışır. İnsan üçün danışıqda heç bir məhdudiyyət yoxdur. Dil həm də dadma qabiliyyətinə malikdir və tamları müəyyənləşdirir. Maraqlıdır ki, dilin hər hissəsi bir dadı hiss edir. İlahi qüdrət sayəsində ağızda ehtiyac duyulan rütubət yaranır. Dil qidaları dişlərin altında həll edir. Hansı ki bu prosesde ozu zədələnmir. Ağıza qoyulan tikəni dil yoxlayır, bir maneə olmadıqda üyüdülməyə verir. Qidalanmanın sonunda ağıza süpürgə çəkən də dildir. Zahirən sadə quruluşlu dodaqlar qidalanma, xüsusi ilə uşaqların süd əmməsi, üfürmə, çeynəmə, dadma, danışıq üçün əvəzolunmaz vasitədir.
Göz, dil və dodaqlar insana həm xeyir, həm də şər gətirə bilər. Allah bu iki yol barədə xəbərdarlıq edir.
◘Başqalarını yoxsulluq və əsarətdən qurtarmaq lazımdır. Hətta kafirlərə də bu yönümdə əl uzatmaq zəruridir. Bu səbəbdən də qulun azad edilməsi, fəqirin doyurulması əmr olunarkən iman şərt qoyulmur.
◘Zaman və məkan göstəriciləri, fərdlərin xüsusiyyətləri işin dəyərinə təsir göstərir. Təam vermək hər vaxt yaxşı sayılsa da, qıtlıq dövründə təam verməyin xüsusi imtiyazları var. Yetimə nəvaziş göstərmək yaxşıdır. Amma qohumlardan olan yetimə nəvaziş göstərilməsi daha mühümdür. Yoxsullara əl tutmaq yaxşıdır. Amma yoxsulluqdan yerə çökənlərə əl tutmağın daha böyük əhəmiyyəti var.
◘Yoxsulların xeyri üçün maldan keçmək çətin dolamanı adlamaq kimdir. Behişt yolu bu dolamalardan ötür.
◘Olsun ki, bu ayələrlə bağlı nümunələr göstərmək çətin olmaya. Qul azad etmək dedikdə insanların cəhənnəm odundan xilası, təam vermək dedikdə insanların mənəvi aclığına diqqət, yetimlərə sevgi dedikdə peyğəmbər övladlarına sevgi, miskinlərə kömək dedikdə insanların doğru yola hidayəti nəzərdə tutula bilər. Sadaladığımız nümunələri təsdiqləyən hədislər var. Məsələn, insanın öyrətdiyi elm mənəvi bir təamdır.1 (Qeyd)
◘Həzrət Peyğəmbər (s) buyurur: “Ətqə ərəqəbə” dedikdə insanın təkbaşına qul azad etməsi, “fəkku rəqəbə” dedikdə insanın qulun azad edilməsinə yardım göstərməsi nəzərdə tutulur.”2 (Qeyd)
Dostları ilə paylaş: |