Nöqtələr
◘Ötən surədə buyuruldu ki, Allah Peyğəmbəri (s) tərk etməmişdir. Hazırkı surədə isə buna dəlil olaraq Peyğəmbərə (s) geniş qəlb əta edilməsi vurğulanır.
◘“Şərhi-sədr” dedikdə köksün, qəlbin genişlənməsi, insanın tutumunun artması nəzərdə tutulur. Belə bir insan çətinliklərə sinə gəlir, problemlər qarşısında səbirli olur.
◘Allah həzrət Musanı Peyğəmbərliyə (s) seçdiyi vaxt Musanın ilkin istəyi geniş qəlb oldu.2 (Qeyd)Amma İslam peyğəmbəri (s) belə bir istəklə müraciət edənədək ona geniş qəlb əta olundu.
◘Surədə Peyğəmbərin (s) üzərindəki ağır yükün götürüldüyü bildirilir. Bu yük peyğəmbərlik məsuliyyəti, insanların tövhidə dəvəti, fəsad və şirklə mübarizə idi. Allah-taala Peyğəmbərə (s) geniş köks verməklə onu bu yükdən azad etdi.
◘İnsanın qəm-qüssəsini azaltmaq mümkün deyil. Bu qəm-qüssə yükünü yüngülləşdirmək üçün yalnız onun tutumunun artması zəruridir. Tutumlu insan problemləri asanlıqla ötürür. Geniş köks Allahın xüsusi lütfüdür. Allah doğru yola çəkmək istədiyi şəxsin ruhunu İslam üçün genişləndirir.1 (Qeyd)
◘Psixoloji baxımdan insan öz düşüncəsini problemlərə əsir etməməlidir. Allah vəd edir ki, çətinlikdən sonra asanlıq gəlir. Bu barədə düşünüb rahatlaşmaq lazımdır.
◘Çətinlik yüngüllük üçün bir səbəbdir. Ayədəki “məə” sözü səbəb mənasında işlənə bilər. Yəni hər çətinliyin batinində insan üçün təcrübələr var.
◘İkinci cümlədə “fa” şəkilçisinin işlədilməməsi göstərir ki, bu qayda təkcə Peyğəmbər (s) üçün deyil. Hər bir insan üçün çətinlikdən sonra yüngüllük var.
◘İlahi rəhbərlərin müxtəlif problemlər, o cümlədən müxaliflərin hücumları, işgəncələri, böhtanları və inadkarlıqları qarşısında hər nədən artıq geniş qəlbə ehtiyacları var.
◘Rəvayətlərə əsasən “Zuha” və “Şərh” surələri bir surə sayılır. “Fil” və “Qüreyş” surələri də belədir. Vacib namazlarda Həmddən sonra bu surələr birlikdə oxuna bilər. Bu müddəa risalələrdə də təsdiqlənir. Uyğun müddəanın dəlillərindən biri 1-ci surənin son ayəsinin 2-ci surənin ilk ayəsinə uyğun olmasıdır.
◘Peyğəmbər (s) ona əta olunmuş “şərhi sədr” səbəbindən öz qövmünün əzab-əziyyətləri qarşısında onlara nifrin etmədi. Həzrət onu hər addımda incidənlərə dua edirdi.2 (Qeyd) Peyğəmbər (s) Məkkənin fəthindən sonra ümumi əfv elan etdi. Həzrət Yusif qardaşlarını bağışladığı kimi, həzrət bütün ümməti əfv etdi.
◘Bəli, Peyğəmbərin (s) üzərindən ağır yükün götürülməsi sayəsində insanlar axın-axın İslama üz tuturdular.3 (Qeyd) Müsəlmanlar Bədr, Xəndək və Hüneyn savaşlarında qalib gəldilər. Bəzi münafiqlər və qorxaqlar İslam cəbhəsini tərk etsələr də bu din günbə gün güclənirdi. Əksər hallarda Peyğəmbərin (s) yükü həzrət Əlinin (ə) vasitəsi ilə yüngülləşdirilirdi. Həzrət Əli (ə) Bədr, Xeybər və Ühüd savaşlarında böyük şücaətlər göstərdi. Əlbəttə ki, bəzən bu yük qeybi yardımlar, mələklər, düşmənlərin qəlbinə qorxu salınması vasitəsi ilə yüngülləşirdi.4 (Qeyd)
◘Allah peyğəmbərinin adını ucaldır, onu izzətləndirirdi. Quranda Peyğəmbərə (s) salam-salavat göstərişi verilir.5 (Qeyd) Allah Peyğəmbərin (s) adını öz adı ilə yanaşı çəkir.6 (Qeyd) Allah azanda Peyğəmbərə (s) şəhadəti öz yeganəliyinə şəhadətlə yanaşı qərar vermişdir. Hər namazın təşəhhüdündə həmin şəhadətlər təkrarlanır.
◘Bir qadın həzrət Əliyə (ə) şikayətləndi ki, əri onun ehtiyaclarını ödəmir. Həzrət onun ərini cəzalandırmayıb buyurdu ki, hər çətinlikdən sonra asanlıq var.7
(Qeyd)
Dostları ilə paylaş: |