Ayə 6, 7, 8, 9, 10, 11:
﴿أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى﴾﴿وَوَجَدَكَ ضَالًّا فَهَدَى﴾﴿وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى﴾﴿فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ﴾﴿وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ﴾﴿وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ﴾
6. “Səni yetim halda tapıb sığınacaq vermədimi?!” 7. “Səni çaşqın vəziyyətdə tapıb hidayət etmədimi?!” 8. Səni yoxsul halda tapıb ehtiyacını ödəmədimi?!” 9. “Beləsə, yetimə qarşı sərtlik göstərmə”; 10. “Dilənçini özündən uzaqlaşdırma”; 11. “Rəbbinin nemətini yada sal.”
Nöqtələr
◘4-cü ayədə axirət deyərkən ya qiyamət günü, ya da Peyğəmbərin (s) dünyadakı işlərinin sonu nəzərdə tutulur.
◘Hələ Peyğəmbər (s) dünaya gəlməmiş atası Abdullah dünyasını dəyişdi. Uşaq yaşında ikən həzrət (s) öz anasını itirdi. Babası Əbdül-Mütəllib dünyasını dəyişəndə Peyğəmbərin (s) səkkiz yaşı vardı. Beləcə, həzrət yetimlərlə həmdərd idi.
◘“Nəcm” surəsinin 2-ci ayəsində Peyğəmbərin (s) daim doğru yolda olduğu bildirilir. Demək, 7-ci ayədə Peyğəmbərin (s) nəzərinə çatdırılır ki, əgər Allahın hidayəti olmasaydı sən müvəffəq ola bilməzdin. Necə ki, “Şura” surəsinin 52-ci ayəsində Peyğəmbərin (s) ilahi lütf sayəsində səmavi kitab və imana çatdığı bildirilir. “Yusuf” surəsinin 3-cü ayəsində buyurulur ki, Peyğəmbər (s) Quran nazil olanadək xəbərsizlərdən idi. “Zall” sözü həm azğın, həm də itmiş mənasını bildirir. Necə ki, hikmət möminin itkisi sayılır.1 (Qeyd)
◘Bəli, Peyğəmbər (s) vəhydən öncə qeyri-müəyyən vəziyyətdə idi. O vəhy nuru sayəsində ilahi vəzifələri ilə tanış oldu.
◘”Ail” dedikdə yoxsul şəxs, “qəhr” dedikdə alçaltma ilə müşayiət olunan qələbə nəzərdə tutulur. “Nəhr” dedikdə qəzəblə qovmaq mənası anlaşılır. Çayda su sürətlə axdığından ona həm də nəhr deyilir.
◘Yetimin ehtiyacları ödənməsə əxlaqi və ictimai fəsadlar artar. Yetimə diqqətsizlik onu amansızlaşdıra bilər.
◘Hədisdə bildirilir ki, Quranın ən ümidverici ayəsi hazırkı surənin 5-ci ayəsidir.2 (Qeyd)
◘Bu ayədə şəfaət nəzərdə tutulur.
◘Allah Peyğəmbərin (s) dünya və axirətdəki razılığına diqqətlə yanaşır. Dünya həyatında məhz Peyğəmbərin (s) razılığına xatir qiblə dəyişdirildi. Yəhudilərin qibləyə görə Peyğəmbərə (s) minnət qoyması onu narahat edirdi. Axirətdə də şəfaət məqamı Peyğəmbərin (s) razılığına xatir müəyyənləşdirilmişdir.
◘İmam Baqir (ə) iki dəfə ardıcıl şəkildə and içir ki, Peyğəmbərə (s) xüsusi əta dedikdə şəfaət nəzərdə tutulmuşdur.1 (Qeyd) İmam Sadiq (ə) buyurur: “Cədimin razılığı təkallahlı insanın odda qalmamasındadır.”2 (Qeyd)
◘İmam Sadiq (ə) hazırkı surənin 11-ci ayəsi ilə bağlı buyurur: “Burada Allahın ətalarını, üstünlüklərini, ruzilərini, ehsanlarını və hidayətlərini yada salmaq tapşırılır.”3 (Qeyd)
◘İslam peyğəmbəri (s) buyurur: “Həyatında ilahi nemətlərin əsərləri görünməyən kəs Allahın düşməni, onun nemətlərinin müxalifidir.”4 (Qeyd)
Bildirişlər
1. Allah öz Peyğəmbərini (s) dünya və axirətdə istənilən bir qəhr-qəzəbdən sığortalamışdır.
2. Axirət nemətlərində dünya nemətlərindəki nöqsanlar yoxdur.
3. Vəhyin qısa bir müddət kəsilməsi müqabilində Allah Peyğəmbərə (s) diqqəti cəlb edən vəd verir.
4. İlahi insanları bütün dünyaya sahiblik də razı salmaz. Demək Allahın vədi axirətdə gerçəkləşəcək.
5. Allah Peyğəmbəri (s) razı salmaq istəyir.
6. Rəhbər başqalarının dərdini dərk etmək üçün özü dərdlə tanış olmalıdır.
7. Yetimlik insanın kamala çatmasına mane olmur.
8. İnsanın insana minnət qoyması pisdir. Amma Allahın insana qoyduğu minnət bir dəyərdir.
9. İlahi nemətlərin yada salınması insanda Allaha təşəkkür, başqalarına xidmət ruhiyyəsini dirçəldir.
10. Qüdrətə çatdığınız vaxt zəif vaxtlarınızı yaddan çıxarmayın.
11. Allah öz lütfünü vasitələrlə çatdırır. Allah Peyğəmbəri (s) həzrət Əbu-Talib və həzrət Xədicə vasitəsi ilə imkanlı etdi.
12. Yetimə sığınacaq vermək, yoxsula əl tutmaq ilahi işdir.
13. Öz acı keçmişinizi yada salsanız məhrumları unutmazsınız.
14. Yaşına və ruhi durumuna görə yetimə yardım əhəmiyyətli sayılır.
15. Nemətləri Allah tərəfindən bilin və bu nemətlər sizi qürrələndirməsin.
16. Nemətləri dilə gətirmək bir növ şükürdür.
17. Allahın keçmişdəki lütfləri gələcəyə ümid verir. (Keçmişdə yetim və yoxsul olduğun vaxt sənə diqqət göstərən Allah gələcəkdə də səni tənha buraxmaz.)
18. Allah çox bağışlayır, amma az istəyir. O yoxsulu var-dövlətə çatdırır. Amma bizdən yoxsula var-dövlət verməyimizi yox, sadəcə onu rədd etməməyimizi tələb edir. Yetimə böyük diqqət göstərən Allah bizdən istəyir ki, onunla sərt davranmayaq.
19. Allah bəndələri istəməmiş onlara əta edir. Gəlin, heç olmaya istəyənlərə əl tutaq.
20. Nemətləri öz elm və bacarığımızın məhsulu saymayaq. Bütün nemətlər Allahın lütfüdür.
21. Nemətləri yada salmaq insanları ümidsizlikdən və lovğalıqdan xilas edir. İlahi nemətləri xatırlayan insanın müqaviməti artır.
22. Yetimlər üçün yemək və geyimdən də üstünü məhəbbətdir.
23. İnsana xəstəlik və ya yoxsulluq üz tutduqda başqa nemətləri xatırlamaq ona təsəllidir.
24. İlahi nemətlər insnaı qəflətə uğratmamalı, onun təkamül və tərbiyəsi üçün faydalı olmalıdır.
“ŞƏRH” SURƏSİ
Dostları ilə paylaş: |