Nur təFSİRİ


Çoxluqla lovğalanmaq nümunələri



Yüklə 1,72 Mb.
səhifə319/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   315   316   317   318   319   320   321   322   ...   348
Çoxluqla lovğalanmaq nümunələri
- Şirk və çoxallahlılıqda təkasur.1 (Qeyd) Həzrət Yusif zindandakı müşrik yoldaşlarına dedi: “Deyin görüm çoxsaylı ağalar yaxşıdır, yoxsa yeganə qəhr-qəzəb sahibi olan Allah?”

- Qidada təkasur; Bəni-İsrail bir növ qida ilə kifayətlənməyib soğan, sarımsaq, mərcimək və xiyar istəyirdi.2 (Qeyd)

- Ömürə münasibətdə təkasur; Bəziləri min il yaşamaq arzusundadır.3 (Qeyd)

- Var-dövlətdə təkasur; Quranda buyurulur ki, bəziləri var-dövlət toplayıb onu saymaqla məşğuldur.4 (Qeyd)

- Məskəndə təkasur; Quran bəzilərini məzəmmət edərək buyurur ki, hər dağın ətəyində bir qəsr tikirsiniz.5 (Qeyd)

- Şöhrətdə təkasur; İslam cinsi ehtiyacın ödənməsi üçün evlənmək yolunu müəyyənləşdirmişdir.6 (Qeyd) Başqa yolla şəhvani istəkləri ödəmək azğınlıq sayılır.7 (Qeyd)

◘“Əlhakum” sözü “ləhv” sözündən olub, mənasız işlərlə məşğulluq mənasını bildirir. Bu qəbil işlər insanı uca məqsədlərdən yayındırır.

◘“Zurtum” sözü ziyarət, “məqabir” sözü məqbərələr mənasındadır.

◘İki qəbilə arasında çoxluqla bağlı mübahisə düşdü. Onlar qərara gəldilər ki, öz saylarını müəyyənləşdirsinlər. Onlar diriləri saydıqdan qəbiristanlığa gedib ölüləri saymaq qərarına gəldilər.

◘Həzrət Əli “Nəhcül-bəlağənin” 221-ci xütbəsində hazırkı surəni oxuduqdan sonra müəyyən həqiqətləri açıqlayır. İbn Əbdül Hədid həmin xütbənin şərhində deyir: “50 il müddətində bu xütbəni min dəfədən çox oxudum bu xütbə o qədər dəyərlidir ki, bütün ərəb natiqləri bi yerə yığışıb onu dinləsələr səcdəyə düşərlər. Necə ki Quranın bəzi ayələrində səcdə edilir.8 (Qeyd) Biz həmin xütbədən qısa bir parçasını nəzərinizə çatdırırıq: Atalarının qəbirləri iləmi öyünürlər? Yoxsa öz davamçılarının sayı ilə fəxr edirlər? Ata-babaları cəsəd idilər, çürüyüb getdilər, hərəkətdə idilər donub qaldılar. Həmin cəsədlərdən ibrət götürək yaxşıdır. Yoxsa onlarla öyünmək?!

◘Həzrət Əli (ə) bir hədisdə buyurur ki, 1-ci “sonra biləcəksiniz” qəbr əzabına, 2-ci “sonra biləcəksiniz” axirət əzabına aiddir.9 (Qeyd)

◘Yəqin dedikdə bilməkdən daha dərin mahiyyətə malik qəlb inamı nəzərdə tutulur. Məsələn, hamı bilir ki, ölünün kimsə ilə işi yoxdur. Amma heç kim ölünün yanında yatmaq istəmir. Ölüyuyan isə ölünün kənarında çox rahat dayanır. Çünki o ölünün çarəsizliyinə əmindir. Ölü yuyan şəxs təkrar sayəsində yəqinə çatdığı kimi, insan ilahi göstərişlərə münasibətdə yəqinlik əldə etməlidir.

◘Rəvayətlərə əsasən Allaha təvəkkül, onun qarşısında təslimçilik, ilahi müqəddəratdan razılıq, işləri ona tapşırmaq yəqinlik nişanəsidir.10 (Qeyd)

◘Yəqinin dərəcələri var. Bu surədə yəqinin iki dərəcəsi bəyan olunmuşdur. Onun sonrakı məhrhələləri “Vaqeə” surəsinin 95-ci ayəsində bəyan olunur. Yəqinin aşağıdakı mərhələləri var: elmul-yəqin, həqqul-yəqin və eynul-yəqin. İnsan bəzən uzaqdan tüstünü görüb bilir ki, od var. Belə bir yəqinlik elmul-yəqindir. Bəzən odunu özünü görməklə yəqinlik yaranır. Bu eynul-yəqindir. Bəzən də insan bədəni odda yanmaqla odun varlığını dərk edir. Bu həqqul-yəqindir.

◘Ayələrdə odu görmək dedikdə ya onu qiyamətdə müşahidə etmək, ya da elə bu dünyada bərzəx gözü ilə, ruhani bir halla onu nəzərdən keçirmək nəzərdə tutulur.

◘Hədislərə əsasən qiyamətdə su və çörək nemətləri haqqında soruşulmaz. Bu barədə sorğu Allahın şənində deyil. Nəzərdə tutulan vilayət, məsumların rəhbərlik nemətidir.1 (Qeyd)İmam Riza (ə) buyurur: “İnsanlardan su və çörək haqqında soruşmaq nəinki Allah, hətta insanlar üçün qəbahətdir. Qiyamətdə məsum rəhbərlik neməti haqqında soruşular.”2 (Qeyd)

◘İnsan təkcə cəmiyyətin çoxluğu ilə yox, var-dövlət və övladlarının çoxluğu ilə də öyünür.3 (Qeyd) Bu səbəbdən də Quranda tövsiyə edilir ki, var-dövlət və övladlar başınızı qatmasın.4 (Qeyd)

◘Həzrət Peyğəmbər (s) bu surəni tilavət etdikdən sonra buyurmuşdur: “Qeyri-şəri yolla mal toplamaq, onların vacib ödəncini verməmək, onları sandıqlarda saxlamaq təkasurdur.”5 (Qeyd)

Həzrət Əliyə (ə) məxsus bir şerdə dünyaya ifrat məşğulluq, uzun-uzadı arzulara uymaq, mal-dövləti xəzinədə saxlamaq pislənilir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin