Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə331/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   327   328   329   330   331   332   333   334   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3:

﴿إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ﴾﴿فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ﴾﴿إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ﴾

Həqiqətən, biz sənə bol xeyir əta etdik; Rəbbin üçün namaz qıl, (dəvə) qurban kəs; həqiqətən, sənin düşmənin əbtər, sonsuzdur.”


Nöqtələr
◘Allah tövhidə dəvət edərkən tək şəxs tərəfindən danışır. Məsələn, “Ənbiya” surəsinin 92-ci ayəsində bildirir ki, sizin Rəbbiniz mənəm, mənə itaət edin. “Muminun” surəsinin 52-ci ayəsindən buyurulur ki, sizin Rəbbiniz mənəm, məndən qorxun. “Taha” surəsinin 14-cü ayəsində oxuyuruq: “Həqiqətən, mən yeganə Allaham.” Allah bir işi vasitəsiz həyata keçirdikdə tək şəxs tərəfindən danışır.2 (Qeyd)

Bəzi ayələrdə isə Allahın əzəmətindən, ucalığından danışılır. Bu halda Allah “inna”, yəni “biz” əvəzliyindən istifadə edir. Hazırkı surə də belədir. Allahın ən üstün məxluqa kövsər kimi bir hədiyyə əta etməsi onun əzəmətini göstərir.

Allah bir işi vasitə ilə gördükdə (məsələn yağışın yağması) cəm adından danışır. Məsələn “Muminun” surəsinin 18-ci ayəsində buyurulur: “Biz səmadan su nazil etdik.”

◘Quranın 114-surəsi arasında 4 surə “inna” sözü ilə başlayır: “Fəth”, “Nuh”, “Qədr”, “Kəvsər”. Bu dörd surədən birinin başlanğıcında ilk ülul-əzm peyğəmbər olan Nuhdan, həzrət Adəmdən sonra bəşəriyyətin atası sayılan şəxsdən danışılır. Digər üç surənin başlanğıcında Quranın nazil olması, aşkar qələbə, kövsər kimi nemətlər yada salınır. Olsun ki, bu dörd surə arasında müəyyən rabitələr var. İlk peyğəmbərin risaləti, son kitabın nazil olması, İslam məktəbinin qələbəsi və peyğəmbərlik xəttinin davamı əlaqəli mövzulardır.

◘”Kəvsər” sözü “kəsrət” sözündəndir. “Kəvsər” dedikdə bol xeyir mənası nəzərdə tutulur. Əlbəttə ki, bu məna vəhy, risalət, Quran, şəfaət, geniş elm, gözəl əxlaq üçün bir nümunə ola bilər. Amma surənin son ayəsindən aydın olur ki, kövsər dedikdə həzrət Peyğəmbərin (s) mübarək nəsli nəzərdə tutulmuşdur. Çünki kinli düşmən Peyğəmbərə (s) hörmətsizlik göstərərək onu sonsuz adlandırmışdı. Allah bu məqamda Öz Peyğəmbərinin (s) müdafiəsinə qalxır və düşmənin özünü sonsuz adlandırır. Əgər kövsər dedikdə nəsil nəzərdə tutulmasaydı surənin 1-ci və 3-cü ayələrini məntiqi şəkildə əlaqələndirə bilməzdik.

◘“Əbtər” sözü əslində quyruğu kəsik heyvan mənasını bildirir. Amma danışıqda sonsuz insanlar belə adlandırılır. Peyğəmbərin (s) oğlan övladları uşaq yaşında dünyasını dəyişmişdi. Düşmənlər deyirdilər ki, əgər onun oğul övladı yoxdursa sonsuzdur. Ümumiyyətlə, cahiliyyət dövründə qız övlad atanın adını yaşatmağa layiq sayılmırdı. Son ayədən aydın olur ki, kövsər sözü həzrət Peyğəmbərin xanım Fatimə vasitəsi ilə davam edən bərəkətli nəslinə aiddir.

◘Bu nəsil xanım Xədicə vasitəsi ilə Peyğəmbərə (s) nəsib oldu. Bəli, Xədicə böyük var-dövlətini verib kövsər qazandı. Biz də çox şeylərdən keçməsək kövsərə çatmarıq.

◘Fəxr Razi öz təfsirində deyir: “Xanım Fatimənin (s. ə.) nəslindən bərəkətli nəsil varmı?! Baqir (ə), Sadiq (ə), Riza (ə) bu nəsildəndir. Onların çoxu Bəni-Üməyyə və Bəni-Abbas dövründə şəhadətə çatdı. Amma bu gün də onların övladları əksər İslam məmləkətlərində yaşayır.

◘“Kəvsər” surəsi elə bir dövrdə nazil oldu ki, atalar qız övladını bədbəxtlik sayır, onu diri-diri torpağa bastırmaq barədə düşünürdülər. Məhz belə bir dövrdə Quran qız övlada “kəvsər” adı verməklə cahil mədəniyyəti ilahi mədəniyyətlə əvəz edir.

◘Rəvayətlərə əsasən, behişt arxlarından və çeşmələrindən biri kövsər adlanır. Möminlər bu çeşmədən sirab olar. Mütəvatir (mötəbər) “səqəleyn” rəvayətində Peyğəmbər (s) buyurur: “Kitab və itrət (pak nəsil) bir-birindən ayrılmaz. Nəhayət, onlar qiyamətdə hövuz kənarında mənə qovuşar.”

◘İlahi kövsər üçün cinsiyyət yoxdur. Fatimə (s. ə.) qız idi. Amma kövsər adlandırıldı. Bu adı almaq üçün çoxluğa ehtiyac yoxdur. Xanım Fatimə (s. ə.) bir nəfər idi. Bəli, Allah azı kövsər qərar verib, çoxu məhv edə bilər.

◘Allah Öz övliyalarının müdafiəsinə qalxır. Peyğəmbəri (s) sonsuz adlandıranlara sözdə və əməldə cavab verilir. Fatimənin (s. ə.) varlığı əməli cavabdırsa, “huvəl əbtər” cümləsi sözdə cavabdır. Allah nəinki övliyalarını, hətta bütün möminləri müdafiə edir.1 (Qeyd)

◘Hədiyyə verən Allah hədiyyəni alan Peyğəmbər (s), hədiyyə isə Fatimədir (s.ə.).

◘Din və müqəddəsliklərə hücum gücləndikcə müdafiə də güclənməlidir. Peyğəmbəri (s) çox təhqir etdilər. Onu sehrbaz, kahin, şair, divanə adlandırdılar. Bütün bu itdihamlara Quranda müəyyən şəkildə cavab verilir. Peyğəmbəri (s) cinvurmuş adlandırdılar. Allah ilahi lütflə onun məcnun olmadığını buyurdu.1 (Qeyd) Peyğəmbəri (s) yalanda itdiham etdilər. Allah onun aşkar peyğəmbər olduğunu vurğuladı.2 (Qeyd) Peyğəmbəri (s) şair adlandırdılar Allah ona şer öyrədilmədiyini buyurdu.3 (Qeyd) Dedilər ki, peyğəmbər çörək yeyib bazara getməz. Allah ondan əvvəlki peyğəmbərlərin də çörək yeyib, bazara getdiyini söylədi.4 (Qeyd)

Həzrəti sonsuz adlandırdılar, Allah onların özünü sonsuz buyurdu.

Bəli, yaranmışların şərəflisini sonsuz sayanların cavabı Peyğəmbərə (s) kövsər əta edilməsidir. Bu kövsər hamını heyrətə gətirir, düşüncələri dondurur.

◘Allah-taala ayədə kövsər nümunəsini qeyd etmir. Olsun ki, bu mübhəmlik kövsərin misilsiz bərəkətinə işarədir. Bu məsələ Peyğəmbərin (s) özünə də müəyyən həddə qaranlıq idi.

◘Surədə iki qeybi xəbər var. Bunlardan biri Peyğəmbərə (s) kövsər əta edilməsi, digəri düşmənlərin sonsuzluğudur.

◘Tarix Peyğəmbərə (s) verilən hədiyyənin kövsər olmasına canlı şahiddir. Bəşər tarixində heç bir nəsil xanım Fatimənin (s. ə.) nəsli kimi inkişaf etməmişdir. Əgər anası seyid olanları da seyid saysaq, seyidlərin sayı dünyada qeyri-adi bir həddə çatar.

Əgər anası seyid olanları da seyid saysaq, seyidlərin sayı dünyada qeyri-adi bir həddə çatar.

◘Peyğəmbərə (s) kövsər əta olunması o zaman məna kəsb edir ki, əta edən kəs elm və hikmət, qüdrət və rəhmət qaynağı olsun. Bəli, kövsər əta edilməsi ilahi sifət və kamilliklərin nişanəsidir.

◘Üç cümlədən ibarət olan bu surədə Peyğəmbərə (s) beş dəfə xitab olunur. Quranda Peyğəmbərə (s) 240 dəfədən çox xitab edilmişdir. Allah bütün bəşəriyyətin, aləmlərin Rəbbi olsa da Peyğəmbərə (s) müraciət edərkən “Sənin Rəbbin” təbirini işlədir. Bu onun Öz Peyğəmbərinə (s) xüsusi lütfünü göstərir.

Bu ilahi lütf Quran boyu müşahidə olunur. Peyğəmbərə (s) “sənin gözlərin”, “sənin çöhrən”, “sənin dilin”, “sənin boynun”, “sənin əllərin”, “sənin köksün”, “sənin qəddin” deyə müraciət olunur.5 (Qeyd)

◘Allah bəzən Peyğəmbərə (s) onun istəyi əsasında lütf edir.6 (Qeyd) Amma kövsər Allahın Peyğəmbərə (s) heç bir istəksiz əta etdiyi nemətdir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin