Riyakarlığa bir baxış
Riyakarlıq və gördüyü işi başqalarına eşitdirmək möminləri hədələyən iki böyük təhlükədir. Bu iki xüsusiyyət nifaq göstəricisidir. Quran münafiqlər haqqında buyurur ki, onlar namazı süstlük və riyakarlıqla qılar, başqalarına həvəssiz əl tutarlar.6 (Qeyd)
Rəvayətlərə əsasən riyakar zahirən gözəl, batində xəstədir. O zahirdə təvazökardır, daxilən günahdan çəkinmir. Münafiq zahirdə qoyun, batində canavardır. O dünyadan axirət üçün bir şey qazanmaq əvəzinə axirətin müqabilində dünyanı əldə edir. Münafiq insan Allahın sirləri örtməsindən sui-istifadə edib günaha yol verir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən ağır əzab o şəxs üçündür ki, insanlar onda xeyir görür, əslində isə onda xeyir yoxdur.” Mələklər bəzilərinin əməllərini ərşə qaldıran vaxt xitab olunar ki, onların məqsədi Allah olmayıb, geri qaytarın.
İslamda riya bir şirk növü sayılır. İmam Sadiq (ə) xalq eşitsin və tərifləsin deyə yaxşı iş görənlər haqqında buyurur: “O müşrikdir.” Sonra imam “Kəhf” surəsinin 110-cu ayəsini oxuyur.
Riyakarın əlamətlərindən biri budur ki, tərifləndikdə həvəslə çalışır, təriflənmədikdə işdən əl çəkir. Qeyd etmək lazımdır ki, bütün bu məzəmmətlər Allahdan qeyriləri üçün çalışana aiddir. Amma Allaha xatir görülən işdən insanlar xəbər tutarsa bunun eybi yoxdur: “Elə bir insan yoxdur ki yaxşı əməllərindən xalqın xəbər tutmasını istəməsin. Amma işə xalqa xatir başlamaq olmaz.”7 (Qeyd)
İxlas
Riya və yaxşı işi xalqa eşitdirmə xüsusiyyətlərini ziddi ixlasdır. Allah yalnız xalis insanlardan qəbul edər.1 (Qeyd) Bir insan 40 gün ixlaslı (Allaha xatir səmimi) olarsa hikmət çeşmələri qəlbindən dilinə axar.2 (Qeyd) İnsanın yalnız Allaha xatir sevməsi və nifrət etməsi, bağışlaması və ya bağışlamaması kamil iman nişanəsidir. Xanım Fatimə buyurur: “Hər kəs Allah dərgahına xalis ibadət göndərsə, Allah ona ən xeyirli işi nazil edər.3 (Qeyd)
Bildirişlər
1. İman əhlinin əməldə qiyaməti təkzib etməsi sual doğurur.
2. Yetimə biganəlik insanı Allahdan uzaqlaşdırır.
3. Yetimə nəvaziş, aclara və məhrumlara diqqət iman nişanəsidir. Məhrum təbəqəyə diqqətsiz insanın dini yoxdur.
4. Əqidə və əməl arasında sıx rabitə var.
5. Mənəvi ehtiyaclar fiziki ehtiyaclardan önəmlidir. (Yetimə öncə məhəbbət göstərmək, sonra onun qarnını doyurmaq lazımdır.)
6. Hər namaz dəyərli deyil, hər namaz qılan behiştə getməz.
7. Etinasızlıqdan yaranan xəta məzəmmət olunasıdır.
8. Namazda səhvi bağışlamaq olar. Amma namazda səhv onu tərk etmək deyil.
9. Pis iş xarakterə çevrildikdə təhlükəlidir.
10. İxlas namaz və ibadətlərin qəbul şərtidir.
11. Fəqirləri doyurmaq təkcə varlıların işi deyil. Yoxsul təbəqəyə diqqət və başqalarını da bu diqqətə həvəsləndirmək hamının vəzifəsidir.
12. Əgər namaza bəzən diqqətsizlik göstərən haqqında ona vay olsun deyilirsə, namazı tərk edənlərin halı necə olacaq?!
13. İnsanların zəruri ehtiyaclarına diqqətsizliyin cəzası var.
14. Xalqa xidmət namazla yanaşıdır.
15. Namazdan qafillik insanlardan qafillikdir.
16. Aclara etinasızlıq qiyamətə etinasızlıq nişanəsidir.4 (Qeyd)
17. Rəkətlərin sayındakı səhv yox, namaza bir vəzifə kimi diqqətsizlik məzəmmətə layiqdir.
18. Allahdan üz çevirənlər başqalarına riyakarlıqla üz tutur.
19. Xəsislik məadı inkar edənlərin xüsusiyyətidir. Onlar hətta ev əşyalarını qonşuya verməyə qıymırlar.
“KƏVSƏR” SURƏSİ
Dostları ilə paylaş: |