Bildirişlər
1. Bütün xalqa ünvanlanmış ilahi göstərişlərin Peyğəmbərə (s) müraciətlə bəıyan olunması həm Peyğəmbərə (s) ehtiram nişanəsidir, həm də həzrətin (s) həmin göstərişlərin icrasına nəzarətinin zəruriliyini göstərir.
2. Göstərişin mühümlüyünü bildirmək, ətrafdakıları da uyğun yönə təşviq etmək üçün toplumdakı birinci şəxsə müraciət edin.
3. İzdivac (evlənmə) əqdi üçün xüsusi vaxt təyin olunmayıb. Amma boşanma yalnız iddə başladıqdan sonra mümkündür. Yəni boşanma vaxtı qadın ayıbaşı halında olmamalı, son ayıbaşıdan sonra əri onunla yaxınlıq etməməlidir.
4. Boşanma kişinin ixtiyarındadır.
5. Ailə nizamını qorumaq üçün boşanmanı yubadacaq şərtlər qoyulmuşdur.
6. İlahi hökmlər üçün nəzərdə tutulmuş zaman bölgüsünə diqqətlə əməl edək.
7. Boşanma prosesində günaha yol vermək olmaz.
8. Boşanma zamanı, xüsusi ilə iddə vaxtı ər və arvad təqva şərtlərinə riayət etsin.
9. İlahi rübubiyyətə (müdiriyyətə) münasibətdə qorxu və təqvaya ehtiyac var.
10. Boşanmış qadının iddə müddəti qurtaranadək ərinin mənzilində yaşamaq haqqı var.
11. Boşanma zamanı qadın təhqir olunmamalıdır.
12. Minnət qoyulmasına və minnətli olmağa yol verməyin. Ərin minnət qoymaması üçün Allah-taala “qadın öz evində məskundur” buyurur.
13. Qadınlar boşanmanı son nöqtə bilməsinlər. Onlar əvvəlki mənzillərində qalaraq ailə həyatının bərpa olunacağına ümidvar olsunlar.
14. Barışıq yollarını bağlamaq, geriyə körpüləri uçurmaq insanın özünə zülmüdür.
15. Həyasını itirmiş, ehtiramı pozmuş günahkar təhqirə layiqdir.
16. Qanundan sui-istifadə qadağandır. (Qadın ər evində sükunət haqqından istifadə edib intiqam məqsədi ilə günaha yol verməməlidir)
17. Qadın yalnız günaha yol verdikdə evdən çıxarıla bilər. Qadına münasibətdə sui-zənn onu evdən çıxarmaq üçün bəs etmir.
18. Ər boşadığı qadını evində saxladığı üçün ona minnət qoymamalıdır. Çünki bu Allahın hökmüdür.
19. Boşanmış qadınlar ər evində qaldıqları üçün narahat olmamalıdırlar. Bu məhdudiyyət hikmət sahibi olan Allah tərəfindən təyin edilmişdir.
20. Allahın əmrlərinə biganəlik, ilahi hədlərin pozulması insanın özünə zülmüdür.
21. Biz öz məlumatlarımız əsasında qərara gəlirik. Amma gələcəkdən xəbərsiz olduğumuz üçün Allaha təvəkkül edib ümidimizi itirməməliyik.
22. İslamda ümidsizlik qadağandır. Müsəlman şəxs öz gələcəyinə ümidvar olmalıdır. (Boşanma zamanı narahatçılıq keçirən tərəflərə təsəlli vermək lazımdır)
23. Acı hadisələri öz xeyirimizə qəbul edək.
24. Təqva və ilahi hədlərə diqqətli olaq, gələcəyimizi Allaha tapşıraq.
25. Yalnız hazırkı vəziyyətdə ilahi lütfdən bəhrələndiyimizi düşünməyək. Ola bilsin ki, boşanmadan sonra insanın durumu daha da yaxşılaşa.
Ayə 2:
﴿فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُواْ ذَوَيْ عَدْلٍ مِّنكُمْ وَأَقِيمُواْ ٱلشَّهَادَةَ لِلَّهِ ذَلِكُمْ يُوعَظُ بِهِ مَن كَانَ يُؤْمِنُ بِاللَّهِ وَٱلْيَوْمِ ٱلْأَخِرِ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا﴾
“İddə müddəti sona yaxınlaşdıqca onları ya (ailəni bərpa edib) xoşagələn şəkildə saxlayın, ya da (mehriyyələrini ödəyib) bəyənilmiş şəkildə ayrılın. (Boşanma vaxtı) öz aranızdan iki ədalətli şahid seçin. Şəhadəti Allah üçün yerinə yetirin. Allaha və qiyamət gününə inanan kəsə belə öyüd verilir. Kim Allahdan qorxsa, Allah onun üçün xilas yolu açır.”
Ayə 3:
Dostları ilə paylaş: |