بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1:
﴿يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَاوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ٱلْمَلِكِ ٱلْقُدُّوسِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ﴾
“Göylərdə və yerdə olanlar malik, müqəddəs, yenilməz və hikmət sahibi olan Allaha təsbih deyirlər.”
Nöqtələr
◘Ötən surə “Səbbih”, bu surə isə “yusəbbihun” təbiri ilə başlayır. Bu yolla bildirilir ki, təsbih yalnız həmişə olmuş, hazırda olan və həmişə olacaq Allaha məxsusdur.
◘Olsun ki, bu ayədə dörd ilahi sifət növbəti ayəyə müqəddimə üçün təkrarlanır. Bildirilir ki, Allah sizin pərəstişinizə möhtac olduğu üçün peyğəmbər göndərməyib. O pak və qüdrətli hakimdir, peyğəmbərləri hikmət əsasında göndərmişdir. Peyğəmbərin gəlişində məqsəd paklanma, özünü tərbiyə, təlim, dini elmlərə yiyələnmək və hikmət vasitəsi ilə zülmətlərdən nura çıxarmaqdır.
◘Allahın təsbihi, yəni pak sayılması bütün İslami əqidə və düşüncələrin köküdür: tövhid Allaha təsbih və Onu şəriksiz tanımağa əsaslanır1(Qeyd); ədalət Allahın zülmdən pak sayılmasına əsaslanır1(Qeyd); peyğəmbərlik və imamət də Allahın təsbihindən qaynaqlanır. Yəni Allah bəşəriyyəti rəhbərsiz qoymaq kimi sifətdən pakdır. Allahın vəhy və peyğəmbər göndərmədiyini iddia edənlər əslində onu düzgün tanımamışlar2(Qeyd); məad (ölümdən sonrakı həyat) Allahın mənasız işlər görməməsi prinsipinə əsaslanır.3 (Qeyd)
Bəli, əgər insan Allahı eyb və nöqsandan pak bilsə, Ona aşiq və bəndə olar. Nöqsansız varlıq qarşısında insanın öz günahlarına görə qorxması, ona təvəkkül etməsi, fərdi və ictimai rabitələrdə Onun razılığını nəzərə alması tam təbiidir.
Dostları ilə paylaş: |