139
◘Quran ağır bir buyuruqdur. Əgər o dağa nazil olsaydı dağ parça-parça olardı.
1
Vəhyin qəbulu və Quranın cəmiyyətdə tətbiqi yetərincə ağır işdir.
◘Həzrət Musa 40 gün Tur dağında Allahla minacata məşğul olsa da, Allah yalnız
gecələri qeyd edir.
2
Olsun ki, bunun minacat üçün gecənin daha münasib olmasıdır.
Bildirişlər
1. İslam cəmiyyətinin rəhbəri istirahətə az vaxt sərf etməlidir.
2. İbadət üçün ən yaxşı vaxt gecədir.
3. Gecə namazı Allah tərəfindən təkidlə vurğulanır.
4. Gecə ibadəti İslam peyğəmbəri (s) üçün vacib idi.
3
5. Ağır məsuliyyətlərin qəbulu üçün ruhi hazırlıq lazımdır.
6. Dini rəhbərlər gecələr ibadət, gündüzlər xalqı oyatmaq üçün hərəkətdə olmalıdır.
4
7. Gecə oyaq qalmaq üçün məhdudiyyət yoxdur. Gecənin yarısını, üçdə birini, üçdə
ikisini oyaq qalmaq olar. İbadət məsələlərində xalq üçün sıxıntı yaratmamalıyıq. Hər
xəstənin öz dərmanı var.
8. İbadətin yorucu olmaması üçün gecənin bir hissəsini istirahət etmək lazımdır.
9.Gecələr namaz qılmaq və Quran oxumaq ruhi hazırlıq əldə etmək üçün ən üstün
vasitədir.
10. Quran tilavətinin öz qaydaları var və bunlardan biri də tərtildir.
11. Quranın hər hissəinin tilavəti o biri hissəsi üçün müqəddimədir.
12.
Müdiriyyətdə
şəraiti
fərqləndirin.
Rəhbər
ağır
işləri
öncədən
müəyyənləşdirməlidir.
Dostları ilə paylaş: