137
məruz qalmışlar. Onların səbr və dözümü, zöhd və təqvası məhz belə məqamlarda özünü
göstərir.
Dördüncü prinsip: Qeyb iki növdür: Yalnız Allaha məxsus olan və peyğəmbərlərə,
mələklərə və məsum imamlara verilən.
1
Qeyb elminin Allaha məxsus olduğunu vurğulayan ayədə birinci növ qeyb elmi,
başqalarının da qeyb elmini bildiyini deyən ayədə isə ikinci növ qeyb elmi nəzərdə
tutulur. Duada Allahı yalnız Ona məxsus olan qeyb elminə and veririk. Allah varlıq
aləmindəki gedişatları dəyişə bilər. Bu səbəbdən də övliyalar gələcəkdən xəbər tutmağa
acizdirlər. İmam Səccad (ə) buyurur ki, əgər Quranda bircə ayə olmasaydı sizə
qiyamətədək baş verəcək bütün hadisələri xəbər verərdim. Ondan bu ayənin hansı ayə
olduğunu soruşurlar. İmam buyurur: “Allah istədiyini məhv edər, istədiyini sabit
saxlayar. Ümmül-kitab Allahın ixtiyarındadır.”
2
Altıncı prinsip: Kamillik bəzən qeybi bilməkdə, bəzən qeybdən xəbərsizlikdə olur.
Məsələn, həzrət Əli (ə) Peyğəmbərin (s) yerində yatdığı gecə düşmənin onu öldürüb-
öldürməyəcəyini bilmirdi. Əgər bilsəydi ki onu öldürməyəcəklər, onun yerində yatması
fəzilət sayılmazdı. Dini rəhbərlər buyururlar ki, bəzən pərdələr çəkilir və işlərdən xəbər
tuturuq, bəzən də pərdələr bağlı qalır.
3
Bəli, qeyb elmi Allahın əlindədir. Allah Peyğəmbərə (s) buyurur ki, qiyamət
haqqında soruşanlara “bilmirəm” söyləsin.
4
Dostları ilə paylaş: