Ayə 15, 16, 17, 18, 19: ا َو ْدُجْسا َو ُهْعِطُت َلً لاَك﴿﴾َةَیِناَب زلا ُعْدَنَس﴿﴾هَیِداَن ُعْدَیْلَف﴿﴾ٍةَئِطاَخ ٍةَبِذاَك ٍةَی ِصاَن﴿ ﴾ ْب ِرَتْق “Belə deyil! Əgər pis əməlindən əl çəkməsə, onun kəkilindən yapışarıq; xətakar yalançının kəkilindən! Qoy öz dəstəsini köməyə çağırsın; biz də tezliklə cəhənnəm məmurlarını çağırarıq; əsla ona tabe olma! Səcdə qıl və Ona yaxınlaş!” Nöqtələr ◘ “Nəsfəən” sözü feldir. Bu sözün sonunda “nun” hərifi tənvin kimi yazılmışdır. Bu
söz “nəsf” kökündən olub tutmaq, sürümək və üzə sillə vurmaq mənasını bildirir.
“Nasiyə” dedikdə başın qabaq hissəsindəki tük, kəkil nəzərdə tutulur. İnsanın kəkilindən
tutub sürümək onu alçaltmaq mənasındadır.
◘“Ər Rəhman” surəsi nazil olanda Peyğəmbər (s) bu surəni Qüreyşə kimin
oxuyacağını soruşdu. Qüreyşin sərtliyinə xatir kimsə dinmədi. Amma zəif bədənli
Abdullah ibn Məsud bu təklifi qəbul etdi. O Qüreyş başçılarını Kəbənin yaxınlığında
görüb ayələri oxumağa başladı. Əbu Cəhl ona bir sillə vurdu ki, qulağından qan gəldi.
Abdullah ağır bir vəziyyətdə Peyğəmbərin (s) yanına döndü. Bu hadisə Peyğəmbəri
qəmləndirdi. Bədr savaşında Abdullah ibn Məsud öldürülmüş müşriklərin arasında Əbu
Cəhli gördü. Onun sinəsinə çökdü. Əbu Cəhl dedi: “Bilirsənmi harada oturmusan?
Peyğəmbərə (s) de ki, hətta bu vəziyyətdə mənim üçün ən qəzəbə gəlmiş adam o özüdür.”
Həzrət buyurdu: “Musanın Fironu ömrünün son anlarında iman gətirdi. Amma mənim
fironum (Əbu Cəhl) hətta son anda islah olmadı.” İbn Məsud Əbu Cəhlin başını
bədənindən ayırıb saçından yapışdı və Peyğəmbərin (s) yanına gətirdi. “Lənəsfəən bin
naziyə” ayəsi Əbu Cəhl üçün dünyada kerçəkləşdi.
1
◘“Nadi” sözü ya ümumi, ya da əyləncə üçün nəzərdə tutulmuş məclis mənasını
bildirir.
◘“Zəbinə” sözünün cəm forması olan “zəbaniyə” sözü məmurlar mənasını bildirir.
◘Həzrət Əli (ə) buyurur: “Elmin bəhrəsi Allaha bəndəlikdir.” Hazırkı surənin
başlanğıcında oxumaq əmri verildi, sonunda səcdə qılmaq əmr olundu. Bəli, insanı
Allaha yaxınlaşdıran elm faydalıdır. İnsanın Allaha yaxınlaşması ilə nəticələnən bütün
işlər faydalıdır. Amma yaxınlıq üçün ən üstün əməl səcdədir.
◘Bu kiçik surədə “kəlla” sözü üç dəfə təkrarlanmışdır. Yersiz düşüncələrdən
çəkinmək dəfələrlə vurğulanır.
◘İmam Riza (ə) hazırkı surənin son ayəsinə sitinad edərək buyurur: “İnsanın Allaha
ən yaxın vəziyyəti səcdə vəziyyətidir.”
2