280
İmam Sadiq (ə) xəstələnmişdi. Onun ramazan ayının 23-cü gecəsi məscidə aparmaq
istədilər.
1
Xanım Fatimə (s.ə.) həmin gecə uşaqların üzünə su çiləyərdi ki, yatmasınlar.
2
Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) ramazan ayının son 10 gününü yatağını
yığar və oyaq qalardı.
3
◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş müfəssəl bir hədisdə bildirilir ki, həzrət
Musa Allaha belə ərz etdi: “Pərvərdigara, Sənə yaxın məqam istəyirəm.” Cavab gəldi ki,
“Mənə yaxınlıq qədr gecəsini oyaq qalmaqdadır.”
Musa ərz etdi ki, Səndən mərhəmət
istəyirəm. Cavab gəldi ki, “Mənim rəhmətim qədr gecəsi miskinlərə əlı tutmaqdadır.
Musa dedi ki, Pərvərdigara, sirat körpüsündən keçmək üçün rüsxət istəyirəm.
Cavab gəldi
ki, “Qədr gecəsində sədəqə vermək siratdan ötüb keçmək rəmzidir. Musa ərz etdi ki,
Səndən behişt və behişt nemətləri istəyirəm. Cavab gəldi ki, “Behişt nemətləri qədr
gecəsi təsbih söyləməkdən asılıdır.” Musa dedi ki, cəhənnəm odundan qurtulmaq
istəyirəm. Cavab gəldi ki, “Cəhənnəm odundan qurtuluş rəmzi qədr gecəsi istğfar
etməkdir.” Sonda Musa ərz etdi: “Pərvərdigara, Sənin razılığın sorağındayam.”
Cavab
gəldi ki, “Qədr gecəsi namaz qılanlar mənim razılığıma çatar.”
4
◘Maraqlı tarixi hadisələrdən biri həzrət Əlinin (ə) məhz qədr gecəsi ibadət
mehrabında namaz halında vurulmasıdır. Bəli, Allahın şərəfli məxluqu şərəfli yerdə,
şərəfli zamanda, şərəfli bir halda şəhid oldu.
◘Mənəvi məsələlərdə gecənin bir sıra mənəvi səciyyələri var: Allah həzrət Musaya
Tövratı vermək üçün onu gecə vaxtı minacata çağırdı
5
; Quran istiğfar üçün sübh vaxtını
daha münasib bilir
6
; Peyğəmbər (s) gecə vaxtı səmaya merac etdi
7
; Peyğəmbərə (s) gecə
vaxtı minacat və ibadət tapşırılmışdı
8
; Allah abidlərdən gecə vaxtı sitayiş istəyir
9
; gecə
vaxtı təsbih söyləmək sifariş olunur.
10
Allah-taala Qurani-kərimdə gün
doğan vaxta, günortadan sonrakı əsr vaxtına bir dəfə
and içdiyi halda, gecənin sonu olan səhər çağına üç dəfə and içir.
11
◘Qədr gecəsi yer kürəsinin kamil bir gecəsi olaraq 24 saat davam edir. Qədr gecəsi
bir məkana aid deyil ki, günün yarı hissəsi qədər uzansın. Məsələn, fitr bayramı günü
dedikdə 24 saatdan ibarət yer kürəsini əhatə edən kamil bir gün nəzərdə tutulur. Qədr
gecəsi dedikdə məsələn, 8 saatlıq bir gecə nəzərdə tutulsaydı
yer kürəsinin bir çox
nöqtələrindəki insanlar bu gecənin fəzilətindən məhrum olardılar. Amma bu gecə 24 saat
davam edir və hamı ondan bəhrələnmə imkanına malikdir.
◘Bəşər taleyinin müəyyənləşdiyi gecənin Quranın nazil olduğu gecəyə uyğunluğu
bu taleyin Qurana bağlılığına işarə ola bilər. İnsan Qurana yaxın olarsa səadətə çatar,
Qurandan uzaq düşərsə bədbəxt olar.
◘Əbuzər deyir: “Peyğəmbərə (s) ərz etdim ki, qədr gecəsi peyğəmbərlərin öhdəsinə
idimi? Həmin gecə əmr onlaramı nazil olurdu? Onlar dünyadan gedəndən sonra qədr
1
“Bihar”, c. 95, s. 169
2
“Bihar”, c. 94, s. 10
3
“Təfsiri-məcməul-bəyan”
4
“Vəsailuş-şiə”, c. 8, s. 20
5
“Bəqərə”, 51
6
“Zariyat”, 18
7
“İsra”, 1
8
“Muzəmmil”, 2
9
“Ali-İmran”, 113
10
“İnsan”, 26
11
“Təkvir”, 17; “Muddəssir”, 33; “Fəcr”, 4
281
gecəsi nazil olanlar kəsildimi? Həzrət mənə belə cavab verdi: “Qədr gecəsi qiyamətədək
davam edər.”
1
◘Qədr gecəsinin müəyyən həddə gizli qalmasının səbəbi bu pıa
bilər ki, insanlar
müxtəlif gecələrdə ibadətə məşğul olsunlar. Bu halda bir gecə oyaq qalan lovğalana
bilmir, bir gecəni ötürən üçün o biri gecələr oyaq qalmaq imkanı yaranır.
◘Rəvayətdə bildirilir ki, qədr gecəsi görülən xeyir iş min il davam edən xeyir işdən
üstündür.
2
Dostları ilə paylaş: