Ayə 6, 7: َكِئَل ْوُأ اَهیِف َنیِدِلاَخ َم نَهَج ِراَن يِف َنیِك ِرْشُمْلا َو ِباَتِكْلا ِلْهَأ ْنِم اوُرَفَك َنیِذ لا نِإ﴿ ْمُه صلا اوُلِمَع َو اوُنَمآ َنیِذ لا نِإ﴿﴾ِة ی ِرَبْلا ُّرَش ﴾ِة ی ِرَبْلا ُرْیَخ ْمُه َكِئَل ْوُأ ِتاَحِلا “Həqiqətən, kitab əhli və müşriklərdən küfrə uğrayanlar cəhənnəm odundadır. Onlar orada əbədidirlər. Onlardır ən pis məxluq. Şübhəsiz, iman gətirib saleh işlər görənlər ən üstün məxluqdur.” Nöqtələr ◘”Bəriyyə” sözü ya “bəra” sözündən olub torpaq, ya da “bərəə” sözündən olub
yaranmış mənasını bildirir. Birinci mənada bütün torpaqdan yaranmışlar, o cümlədən
insan nəzərdə tutulur.
◘Şiə və sünnü rəvayətlərində nəql olunur ki, həzrət Peyğəmbər (s) Əli ibn Əbu
Talibə (ə) buyurdu: “Sən və sənin yardımçıların “xəyrül-bəriyyə”siniz.”
1
◘Digər ayələrdə də oxşar məzmunla rastlaşırıq.
2
◘İnsanın üstünlük dəlili budur ki, ona peyğəmbər və kitab göndərilir. İnsan həqiqəti
anlasa da təkəbbür səbəbindən inadkarlıq göstərir.
Bildirişlər 1. İslamı qəbul etməyən şəxs müşrik və ya kitab əhli olmasına baxmayaraq kafirdir.
2. Kitab əhli və müşriklərin aqibəti eynidir.
3. Varlıq aləminin əşrəfi olan insan aşkar dəlilləri ayaq altına almaqla ən rəzil
məqama süqut edir.
4. İnsan öz seçimi ilə məqamını müəyyənləşdirir. O ya “şərrul-bəriyyə” ya da
“xəyrul-bəriyyə” olur.
5. Küfrlə iman arasında, eləcə də, işlərin sonu ilə bağlı müqayisələr ən yaxşı
aydınlaşdırma üsuludur.
6. Başqa varlıqların inkişaf və süqutu məhduddur. Amma insanın inkişafı və süqutu
nəhayətsizdir. İnsan xalis iman və saleh əməl sayəsində mələkdən üstün məqam qazana
bilər.
7. Üstünlük imandan asılıdır. Ən pis insanlar isə küfrə uğrayanlardır.
8. İman yalnız saleh əməllə müşayiət olunduqda səmərə verir.
Ayə 8: 1
“Təfsiri-nümunə”
2
“Ənfal”, 22