Kövsər nədir?
Surənin son ayəsindən aydın olur ki, kövsər sonsuzluğa zidd bir təbirdir. Ərəblər
sonsuz, oğlan övladı olmayanları “əbtər” adlandırırdılar. Həzrət Peyğəmbərin (s) xanım
Fatimədən (s. ə.) olan məsum nəsli kövsər üçün üstün bir numunədir. Əlbəttə ki, “kəvsər”
sözü ümumi mənaya malikdir. Hər bir böyük xeyir kövsər sayılır.
◘Peyğəmbər (s) Allahdan elm diləmişdi. O böyük əxlaq sahibi idi. Həzrət o qədər
ibadət edirdi ki, Quran onu bu məşəqqətdən çəkindirdi.
6
Yer üzündə ən böyük nəsil
Peyğəmbərin (s) nəslidir. Allahın vədinə əsasən İslam bütün dünyanı hökmü altına
alasıdır.
7
Allah Peyğəmbərin (s) istədiyi həddə onun ümmətini bağışlayasıdır.
1
Bəli,
Peyğəmbər (s) bütün baxımlardan kövsər sahibi idi.
1
“Rəd”, 43; “Yasin”, 3
2
“Saffat”, 36; “Yasin”, 69
3
“Fürqan”, 7; “Fürqan”, 20
4
“Bəqərə”, 144; “Qiyamət”, 16; “Hicr”, 88; “İsra”, 29; “İsra” 29; “Əraf”, 2; “Zuha”, 3
5
“Taha”, 114
6
“Taha”, 2
7
“Tövbə”, 33
313
◘Kövsər dünyaya aid bir şey deyil. O qidadan, ad-sandan məqamdan, dünyəvi
cilvələrdən üstündür. Çünki Quran dünyanı kiçik, davamsız adlandırır.
2
◘Hər çox şey kövsər sayılmaz. Quran var-dövlət və övlad çoxluğunu bəzən əzab
vasitəsi kimi təqdim edir.
3
◘Quranda “Kəvsər” və “Təkasur” adlı surələr var. Kövsər mənasında bol nemət
müsbət, təkasur mənasında xəzinə mənfi sayılır. Çünki birinci nemət zikrlə müşayiət
olunur, ikinci isə qəflətlə sonuclanan mənfi rəqabətdir.
Kövsər bizi məscidə ibadət üçün aparır. Təkasur bizi qəbristanlığa aparıb ölüləri
saydırır. Kövsər əta olunmasında bir müjdə var. Təkasur isə ciddi xəbərdarlıqlarla
müşayiət olunur. Kövsər Allahla rabitə amilidir. Təkasur insanın başını ətrafdakılarla
qatır.
◘Kövsər Quranın ən kiçik surəsində qeyd olunmuş ən böyük ilahi hədiyyədir.
◘Yeganə məbudun yaranmışların şərəflisinə hədiyyəsi yalnız kövsər ola bilər.
◘Məkkənin fəthi zamanı müşriklər dəstə-dəstə İslama qatılırdılar. Həmin vaxt Allah
təsbih göstərişi verir. Amma kövsər müqabilində namaz qılmaq əmr olunur. Belə görünür
ki, kövsər müşriklərin İslama gəlişindən daha əhəmiyyətlidir.
◘İstisna sözlərlə istisna bir surədə istisna ətadan danışılır. Bu əta kövsər kimi
misilsizdir. Bu surə misilsiz bir surədir. Onun sözləri də misilsizdir. Ondakı bir çox sözlər
Quranın başqa surələrindəki sözlərə bənzəmir.
◘Hər dil yarasının öz çəkisi var. Peyğəmbəri (s) divana, şair, kahin, sehrbaz
adlandırdılar. Amma heç bir məsələ ilə bağlı müstəqil surə nazil olmadı. Yalnız
Peyğəmbər (s) əbtər adlandırıldığı üçün “Kəvsər” surəsi nazil edildi. Peyğəmbərin (s)
özünün və ətrafındakıların təhqiri ötürüləsi idi. Amma İslam yolu və məktəbinin təhqiri,
bu yolun əbtər sayılması dözüləsi deyildi.
◘Bəzən boş danışıqlar təhqirə aparır. Belə məqamlarda böyüklükə ötüb keçmək
lazımdır. Bəzən pis mühit, qeyri-münasib dostlara xatir təhqirə yol verilir. Belələrindən
uzaqlaşmaq zəruridir.
4
Bəzən də əqidə məktəbi və rəhbər təhqir edilir. Bu qəbil təhqirlərə
qətiyyətlə cavab verilməlidir. Münafiqlər təkəbbürlə Peyğəmbərə iman gətirənləri
alçaldırdılar. Bu qəbil təhqirlərin cavabı qarşı tərəfi düşüncəsiz saymaqdır.
5
◘Quranda həm tövhid mövzusunda, həm qiyamətin müqəddimələri haqqında, həm
Həcc hökmləri barədə, həm Qurbanlıqdan danışarkən, həm cəmiyyətə yardımlar qeyd
edilərkən dəvənin adı çəkilir.
6
Rəvayətlərə əsasən “vənhər” dedikdə namazda təkbir
söylənilməsi, əllərin boğaz bərabərində qaldırılması nəzərdə tutulur. Qeyd edilir ki, bu
hal namazın zinətidir. Təkbirdə əllər boğazın kəsim yeri müqabilində qaldırılır.
7
◘Rəvayətlərə əsasən, Peyğəmbəri (s) təhiqləri müqabilində “əbtər” adlandırılan şəxs
Əmr Asın atası olmuşdur.
◘Allah həm səbəb salır, həm səbəbi aradan qaldırır. O təkcə Fatimədən (s. ə.) kövsər
yaratmağa qadirdir. Pəhləvan cüssəli oğlanları olan kəsi unutdurmaq Allah üçün çətin
1
“Zuha”, 5
2
“Ali-İmran”, 197; “Ənfal”, 67
3
“Tövbə”, 55
4
“Ənam”, 68
5
“Bəqərə”, 13
6
“Ğaşiyə”, 17; “Təkvir”, 4; “Həcc”, 36
7
“Təfsiri-məcməul-bəyan”
314
deyil. Allah Musanın əsası ilə dənizi yarmağa, həmin əsa ilə daşdan 12 çeşmə çıxarmağa
qadirdir.
1
Dostları ilə paylaş: |