Ayə 5: ﴾ٌمیِلَأ ٌباَذَع ْمُهَل َو ْمِه ِرْمَأ َلاَب َو ْاوُقاَذَف ُلْبَق نِم ْاوُرَفَك َنیِذ لٱ ْا ُوَبَن ْمُكِتْأََی ْمَلَأ “Bundan öncə küfr edənlərin xəbəri sizə çatmadımı? Onlar öz əməllərinin cəzasını (dünyada) daddılar, onlar üçün (axirətdə) ağrılı əzab var.” Nöqtələr ◘”Vəbal” dedikdə ağırlıq nəzərdə tutulur. Mədəyə ağırlıq edən qida “vəbil”, ağır
yağış “vabəl” adlanır. İnsanın zərərinə olan istənilən bir ağır iş “vəbal” kimi təqdim
edilir. Bu söz Quranda dörd ayədə işlədilmişdir.
1
Hər dörd halda dünya problemləri və
çətinlikləri nəzərdə tutulmuşdur.
◘Allah təkcə qiyamətdə cəzalandırmır. Bəzən insan öz əməllərinə görə həm
dünyada, həm də axirətdə əziyyət çəkir. Məsələn, Nuh qövmü suda qərq oldu, Hud
qövmü iti küləklərlə məhv edildi, Saleh qövmü səmadan enən səs vasitəsi ilə həlak oldu,
Lut qövmünün başına daş, fil əshabının başına qaynar çınqıllar yağdı. Bu qövmlər elə
dünya həyatında öz əməllərinin cəzasını daddılar.
Bildirişlər 1. Peyğəmbər (s) dövrünün insanları keçmiş qövmlərin talehindən xəbərdar idilər.
2. Keçmiş qövmlərin tarixini öyrənmək İslamın tövsiyəsidir. Tarixdən ibrət
götürməyən insan məzəmmətə layiqdir.
3. Tarixdən xəbərdarlıq dedikdə hər hansı xırdalıqlar yox, mühüm nöqtələr nəzərdə
tutulur.
4. Allah həlim olsa da, insanların bəzi əməlləri dərhal cəzaya səbəb olur.
5. Bədbəxtçiliklərin səbəbi insanların öz rəftarıdır.
6. Dünya həyatındakı cəza axirət həyatındakı kamil cəza ilə müqayisədə cüzidir.
Ayə 6: اَقَف ِتاَنِ یَبْلاِب مُهُلُسُر ْمِهیِتْأَ ت تَناَك ُه نَأَِب َكِلَذ﴿ ْاوُل َت َو ْاوُرَفَكَف اَنَنوُدْهَی ٌرَشَبَأ ْاو ل َو ﴾ٌدی ِمَح ٌّيِنَغ ُ لِلّٱ َو ُ لِلّٱ ىَنْغَتْسٱ و