Ayə 44, 45: ِإ ْمُهَل يِلْمُأ َو﴿﴾َنوُمَلْعَی َلً ُثْیَح ْنِ م مُهُج ِرْدَتْسَنَس ِثیِدَحْلٱ اَذَهِب ُبِ ذَكُی نَم َو يِن ْرَذَف﴿ ن ﴾ٌنیِتَم يِدْیَك “Bu hədisi (Quranı) təkzib edən kəsi Mənimlə tək burax. Biz onları bilmədikləri yolla tədricən (əzaba doğru) apararıq. Onlara möhlət verirəm. Həqiqətən, mənim tədbirim dəyişməzdir.” Nöqtələr ◘”İstidrac” dedikdə tədricən yaxınlaşmaq mənası nəzərdə tutulur. Burada Allahın
insanları onları hiss etmədikləri şəkildə süquta yaxınlaşdırması nəzərdə tutulur.
◘Quranda günahkarlara möhlət verilməsindən danışan ayələr çoxdur. Ayələrdə
xəbərdarlıq olunur ki, günahkarlar onları sevdiyimizi və ya unutduğumuzu
düşünməsinlər.
◘İmam Sadiq (ə) buyurur: “Günahkarın rifah və nemət içində yaşaması onun
tədricən əzaba sürüklənməsini göstərir.”
1
Bildirişlər 1. Haqqı təkzib edənlər Allaha qarşı çıxmışlar.
2. Allah öz peyğəmbərinə təsəlli verir.
3. Quranın təkzibi müqabilində böyük cəza nəzərdə tutulur. Allah buyurur ki, onları
mənə tapşır.
4. Quranda təravətli sözlər çoxdur. (Yeni söz əvəzinə hədis kəlməsindən istifadə
olunur.
5. Mühakimə yürütməyə tələsməyin, rifah xoşbəxtlik göstəricisi olmaya da bilər.
(Heyvanlar çəmənlikdə otarılır, kökəldilir. Amma sonda qəssəbxanaya göndərilir.)
6. Ən böyük təhlükə odur ki, insan qəflətdə qalıb özünə çarə qılmaq barədə
düşünməyə.
7. Allah cəzanı yubadar, amma yaddan çıxarmaz.
8. Allahın möhlətləri kafirlərin məhvinə xidmət edir.
1
“Təfsiri-məcməül-bəyan”
99
9. İnsanın planları alt-üst olur, Allahın tədbirləri isə dəyişməzdir.
Ayə 46, 47, 48, 49, 50: ِبْصاَف﴿﴾َنوُبُتْكَی ْمُهَف ُبْیَغْلٱ ُمُهَدنِع ْمَأ﴿﴾َنوُلَقْثُّم ٍمَرْغ م نِ م مُهَف اارْجَأ ْمُهُلَأَْسَت ْمَأ﴿