Öyüd-nəsihət və moizə şərtləri a) Vaizin (moizə edənin) hazırlığı moizə üçün şərtdir;
b) Öyüd-nəsihət və moizə Qurana əsaslanmalıdır;
c) Vaiz özü qafil şəxs olmamalıdır;
ç) Yalnız ilahi yardımlara ümid edən vaiz müvəffəqiyyətə çatır.
Bildirişlər 1. Dinin təbliği və insanların Allaha doğru çağırışında xeyli problem var. Allah vəd
edir ki, din təbliğatçısına yardım göstərəcək, çətinlikləri onun üçün asanlaşdıracaq.
2. İş tapşırdığınız adamın problemlərini aradan qaldırın.
3. Bizim təsbihimiz Allahın yardımları üçün müqəddimədir.
4. Vəhy insanlara xəbərdarlıq üçün nazil olur.
5. İnsanın öyüd-nəsihəti qəbul etməsi onun agahlığı üçün şərtdir. Peyğəmbərin öyüd-
nəsihət qəbul etməyən insanlar qarşısında vəzifəsi yoxdur.
6. Yalnız Allahdan qorxanlar öyüd-nəsihəti qəbul edir.
7. Allahdan qorxan insanlara öyüd vermək daha asandır.
8. Təbliğatçıya ümid verilməlidir ki, onun işi əbəs deyil.
9. Təbliğatçı qısa müddətdə işindən bəhrə gözləməməlidir.
10. Kafirlərin problemi onların Quran və Peyğəmbərdən (s) uzaqlığıdır. Əslində nə
Quran, nə də Peyğəmbərdə (s) nöqsan var.
11. Quran bir meyardır. Öyüd götürən “yəxşa” öyüd götürməyən isə “əşqa” adı ilə
təltif olunur.
12. Quranın öyüd-nəsihətindən zuaqlıq bədbəxtlik səbəbidir.
13. Öyüd-nəsihət qəbul etməmək qarabəxtlərin daimi qaydasıdır.
14. Qəlbində Allah qorxusu olmayanlar ən bədbəxt insanlardır.
15. Bütün insanların islah olacağını gözləməyin.
16. İnsanın öyüd-nəsihəti qəbul edib-etməməsinin kökü onun özündədir.
17. İnsan öz xəbisliyi həddində cəzalandırılır.
18. Bəziləri üçün cəhənnəm əbədidir.
19. Cəhənnəm əhli cəhənnəmdə qalmaqla oda vərdiş vermir. Onlar daim əzabdadır.
Ayə 14, 15: ﴾ى لَصَف ِهِ بَر َمْسا َرَكَذ َو﴿﴾ى كَزَت نَم َحَلْفَأ ْدَق﴿