Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə270/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   266   267   268   269   270   271   272   273   ...   317
NUR-TƏFSİRİ-12

 
Nöqtələr 
 
◘”Kəlla” sözü ya keçmişlə bağlı inkarı bildirir, ya da təkid mənasında işlədilmişdir.
1
Birinci mənaya əsasən, insan keçmişi yada salmaqla bəndəlik etmək əvəzinə tüğyan 
qoparır, başqalarının bəndəliyinə mane olur. 
1
“Təfsiri-kəbiri-Fəxr Razi” 


275 
◘Əgər insanın tutumu olmasa ya Qarun kimi sərvətinə görə qürrələnər, ya Firon 
kimi qüdrəti ilə öyünər, ya da Bələm Baura kimi elmi ilə lovğalanar.
2
Tutumu olan insan 
isə var-dövlət, qüdrət və elminin çoxluğuna baxmayaraq həzrət Yusif və Süleyman kimi 
hər şeyini Allahdan bilər.
3
Təhlükə ondadır ki, insan Allahı yox, özünü diqqət 
mərkəzində saxlasın. 
◘Azğın insan nə Allaha bəndəlik edir, nə ilahi göstərişləri rəsmi olaraq tanıyır, nə 
dəlilləri qəbul edir, nə vicdanının, nə də məzlumların səsini dinləyir. 
◘Ayələrdə namaz qılan bəndə dedikdə həzrət Peyğəmbər (s) nəzərdə tutulur. Çünki 
son ayələrdə Peyğəmbərə (s) qadağan edilir ki, həmin şəxsə tabe olsun. Hazırkı ayələr 
Peyğəmbərə (s) nazil olmuş ilk ayələr olduğundan məlum olur ki, Peyğəmbər (s) risalət 
məqamına çatmazdan öncə namaz qılırmış.
4
◘Hədislərdə bildirilir ki, Əbu Cəhl öz tərəfdarlarından soruşdu: “Peyğəmbər (s) sizin 
aranızda da səcdə edirmi?” Dedilər: “Bəli.” Əbu Cəhl dedi: “And içirəm ki, əgər onu bu 
halda görsəm ayağımla boynunu əzəcəyəm.” O Peyğəmbəri (s) namaz halında görüb öz 
niyətini həyata keçirmək istədi. Peyğəmbərə (s) yaxınlaşdığı vaxt qəfildən itələnirmiş 
kimi geri çəkildi. Bunu müşriklərə belə izah etdi: “Ona yaxınlaşdığım vaxt öz qarşımda 
od dolu bir xəndək gördüm.”
5
◘“Əbdən” sözü Peyğəmbərə (s) aid olsa da, həzrətin əzəmətinə xatir qeyri-müəyyən 
halda işlədilmişdir. 
Bildirişlər 
 
1. İnsan nankordur. Allah onu yaradıb elm öyrətsə də, azğınlıq edir. 
2. İnsan özünü ehtiyacsız bildiyindən həddini aşır. 
3. Namaza mane olmaq çirkin əməlin ən aydın nümunəsidir. 
4. Peyğəmbəri (s) hətta haqsız sayıb onunla belə rəftar etmək olmaz. 
5. İnsan tutumsuzdur. Hətta ehtiyacsızlıq düşüncəsi onu məst edir. 
6. Elm təklikdə bəs etmir. Təqvasız elm insanı azdırır. 
7. Var-dövlət yaxşıdır. Amma özünü varlı saymaq insanı azdırır. 
8. Məada etiqad azğınlığın qarşısını alır. 
9. İnsan olanını dünyada qoyub gedir. O özünü ehtiyacsız saymamalıdır. 
10. İnsan və varlıq aləmi məqsədli yaradılmışdır, Allaha doğru hərəkətdədir. 
11. Azğın başçılar namaza müxalifdir. Pis əməllər davamlı şəkil aldıqda məzəmmət 
olunur. 
12. Namaz bəndəlik nişanəsidir. 
13. Zalım hakimlər insanların Allaha bəndəliyindən narahatdır. 
14. İnsanın ad və ünvanı yox, əməlləri mühümdür. (Ayədə nə qadağa qoyanın, nə də 
namaz qılanın adı çəkilir) 
15. Yaxşı olar ki, təqvaya çağıran insan özü doğru yolda olsun. 
16. Tüğyanın iki kökü var: özünü ehtiyacsız bilmək və Allahı nəzərdən qaçırmaq. 
1
“Təfsiri-nümunə” 
2
“Qəsəs”, 78; “Zuxruf”, 51 
3
“Nəml”, 40; “Yusuf”, 101; “Təfsiri-novin” 
4
“Təfsiri-əl mizan” 
5
“Təfsiri-məcməul-bəyan”; “Təfsiri-nümunə” 


276 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin