56
◘Ötən ayələrdəki talaq hökmlərinin ardınca bu ayədə buyurulur: İstənilən bir
səbəbdən ayıbaşı olmayan qadınlar üçün iddə müddəti üç aydır; hamilə qadınlar
hamiləlikdən azad
olana qədər səbr etməlidirlər; yalnız bundan
sonra başqa birinə ərə
gedə bilərlər.
◘Quranda təqvalı insanlar haqqında buyurulur ki, onlar üçün nur qərar verilər, onlar
haqqı batildən ayırar, onlar üçün xilas yolu açılar, onların işləri asanlaşdırılar.
1
Bəli, bu
təbii bir ardıcıllıqdır: təqvalı insan üçün nur qərar verilər, bu nur sayəsində haqq batildən
seçilər, haqq batildən seçildikdən sonra xilas yolu görünər və bir sıra çətinliklər asanlaşar.
Bildirişlər
1. Fərqli şəraitlər üçün fərqli ilahi hökmlər var. (Hamilə qadının
öz hökmü var,
sonsuz qadının öz hökmü)
2. Fitri din üçün, fitri, təbii və hər yerdə işlək dəyərlər var. İlahi hökmlərin meyarları
təbii əsaslara malikdir.
Günəşin tülu və qürubu, ayın mənzilləri buna misal ola bilər.
3. Övladın toxunulmazlığı var və hamilə qadın başqa birinə ərə gedə bilməz.
4.
Ailə məsələlərində, xüsusi ilə boşanma şəraitində daha çox təqvaya ehtiyac var.
5. İnsanın həyatda qarşılaşdıqları bir çox problemlərin səbəbi təqvasızlıqdır. Əlbəttə
ki təqvalı insanlar da imtahan məqsədi ilə çətinliyə düşə bilər.
6. Təqvalı insanlar üçün çətinliyə dözmək ağır olmur. Çünki təqva insanın tutumunu
artırır.
Dostları ilə paylaş: