● ayə 14:
﴿اقْرَأْ كَتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا﴾
“(Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.”
● İmam Sadiq (ə) buyurur: “İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir.”1
● Fəxr Razi deyir: “İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə dərk etmək başa düşülür.” 2 “Əl-Mizan” təfsirində bildirilir ki, “kitab” dedikdə əməllərin özü nəzərdə tutulur.
● Bir çox rəvayətlərdə tövsiyə olunur ki, insan qiyamətdən öncə özü ilə hesab çəksin3. Bu sayaq hesab insanı oyadır və qəflətdən uzaqlığı göstərir.
Hədisdə deyilir: Hər kəs dünyada özü ilə hesab çəksə, axirət hesabı asan olar. Elə bu dünyada həyat kitabımızı, əməl naməmizi oxumalıyıq ki, zəif nöqtələri aradan qaldıraq, pisliklərə tövbə edib, yaxşı əməllərimizi artıraq. (Bir ata öz övladından hər gün əməllərini qeyd etməsini istədi. Oğul bir gün bu işi görsə də, ikinci gün çətinlik çəkdi və atasından üzr istədi. Atası dedi: “Əziz övladım! Bütün əməllər bu sayaq yazılır. Əlbəttə ki, qiyamətdə bütün əməllər açılar və öz əməlindən peşman olarsan.”4
Dostları ilə paylaş: |