Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə61/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

● Ayə 53:


﴿وَوَهَبْنَا لَهُ مِن رَّحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا﴾

Öz mərhəmətimizdən qardaşı Harun peyğəmbəri ona bəxş etdik.”



Bildirişlər


1. Peyğəmbərlərin duası qəbuldur. Musa Allahdan dilədi ki, qardaşı Harunu ona vəzir qərar versin.4 Allah onun bu istəyi ilə razılaşdı.

2. Yaxşı həmkar ilahi lütflərdən biridir.

3 Eyni bir dövrdə bir neçə peyğəmbər ola bilər.

4. Peyğəmbərlik məqamı bir peyğəmbərin o birinə tabeçiliyinə mane olmur.



● Ayə 54:


﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا﴾

Bu kitabda İsmaili yad et. O daim öz vədinə sadiq göndərilmiş peyğəmbər idi.”



● Ayə 55:


﴿وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا﴾

Daim öz əhlini namaz zəkata çağırardı Rəbbinin razılığını qazanmışdı.”



Nöqtələr


Ayədə xatırlanan İsmail ya həzrət İbrahimin övladı İsmaildir, ya da Bəni-İsrail peyğəmbərlərindən olan İsmail ibn Hezqildir.

Bütün peyğəmbərlər sədaqətli olmuşlar. Amma bu xüsusiyyət İsmaildə özünü daha çox göstərmişdir. Nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) bir şəxslə Kəbə kənarında görüş təyin edir. Amma həmin şəxs verdiyi vədi unudur. Həzrət vəd yerində üç gün gözləyir. Nəhayət, həmin şəxsə xəbər çatır və gəlib üzrxahlıq edir.1 Peyğəmbər (s) başqa bir şəxslə günorta vaxtı görüşməyi qərarlaşdırdı. Həmin şəxs gəlmədiyi üçün həzrət qürub vaxtınadək görüş yerində dayandı.

Vədə vəfa qılmaq ilahi bir sifətdir.2 Vədə xilaflıq isə nifaq nişanəsidir. Bir hədisdə oxuyuruq: “Münafiqin üç əlaməti var: Əmanətə xəyanət, yalan danışıq, vədə xilaflıq.3

Allahın razılıq məqamı (rizvan) peyğəmbərlərin ən böyük istəyidir.4 Hədisdə oxuyuruq: “Behişt əhli behiştdə yerləşdikdən sonra onlara xitab olunar ki, başqa istəkləri varmı? Onlar deyər: “Pərvərdigara! Məqsədimiz Sənin razılığındır.”5


Bildirişlər


1. İlahi insanlar haqqında xoş sözlər demək lazımdır.

2. İlahi şəxsiyyətlərin xatirəsi səthi və ötəri yox, dərin və davamlı olmalıdır.

3. İnsan davamlı mənəvi kamilliklərinə görə yada salınmalıdır.

4. Əhdə vəfa dəyərli insani sifətlərdəndir.

5. Peyğəmbərlərin ictimai məsuliyyətdən əlavə, ailə məsuliyyətləri də var.

6. Namaz və zəkata çağırış ailədə atanın vəzifələrindəndir. (Ailələrdə namaza çağırışla az-çox rastlaşsaq da, zəkat tövsiyə olunmur.)

7. Namaz və zəkata çağırış əmr be məruf (yaxşılığa əmr) nümunələrindəndir.

8. Namaz və zəkatın yetərincə uzun keçmişi var.

9. Namaz (Xaliqlə rabitə) və zəkat (məxluqla rabitə) bir-birindən ayrı deyil. (Kamillik üçün yalnız bədən ibadəti bəs etmir.)

10. Əmr be mərufa, namaza çağırışa yaxınlardan başlamaq lazımdır.

11. Namaza davamlı şəkildə dəvət etmək lazımdır.

● Ayə 56:


﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا﴾

Bu kitabda İdrisi yad et. Həqiqətən, o çox doğruçu bir peyğəmbər idi.”



● Ayə 57:


﴿وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا﴾

Biz onu uca bir məqama çatdırdıq.”



Nöqtələr


“Məkanən əliyya” dedikdə ya uca mənəvi məqam, ya səmaya yüksəliş nəzərdə tutulur. Çünki Allah 4 peyğəmbəri–İdrisi, İsanı, Xızrı və İlyası səmaya qaldırmışdır.1

Sözü və əməli bir olan şəxsə “Siddiq” deyilir.


İdrisin siması


–Həzrət İdris həzrət Nuhun babalarındandır. Dərslə daha çox məşğul olduğu və ya ilk dəfə qələmdən istifadə etdiyi üçün “İdris” adı ilə tanınmışdır.2

–Quranda adı iki dəfə zikr olunmuş bu şəxs “siddiq”, “sabir”, “nəbiyy” səciyyələri ilə vəsf olunmuşdur.

–Hədisdə oxuyuruq: İdrisin evi Nəcəf ətrafında - Səhlə məscidində olmuşdur.3

–Astronomiya və riyaziyyat elmlərinə ilkin yiyələnən İdris olmuşdur.4

–Dərziliyi ilkin təlim edən şəxs İdrisdir.5

–İdris 365 il yaşamışdır. Sonra səmaya qaldırılmış və hazırda da sağdır. O, həzrət Mehdinin (ə) zühuru dövründə qayıdasıdır.1


Bildirişlər


1. Böyük insanların yada salınması və onlar haqqında xoş söz deyilməsi başqalarının inkişaf və hidayət vasitəsidir.

2. İlahi insanlar davamlı şəkildə xatırlanmalıdır.

3. Fərdlərin yada salınma meyarı onların mənəvi səciyyələri olmalıdır.

4. Sədaqət təbliğin təsirlilik şərtidir. “Siddiq” sözünün “nəbiyy” sözündən öncə gəlməsi sədaqətin nübuvvət üçün zəmin olduğunu göstərir.



● Ayə 58:


﴿أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا﴾

Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim İsrail nəslindən, hidayət etdiklərimizdən seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin