Bildirişlər
1. Tələskənlik xüsusiyyəti kafirlərdə ilahi vədin gerçəkləşmə vaxtı ilə bağlı sual üçün zəmindir.
2. Kafirlər İslam Peyğəmbəri (s) və onun tərəfdarlarını yalançı sayırlar.
● Ayə 39:
﴿لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ النَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ﴾
“Əgər kafirlər bilsəydilər ki, həmin gün (çatan vaxt) alov şöləsini üzlərindən və arxalarından uzaqlaşdıra bilməzlər, kimsə onlara yardım göstərməz. (Bilsəydilər, Qiyamətə bu qədər tələsməzdilər.)”
Nöqtələr
Bu ayədə insanın tələskənlik nümunələrinə işarə olunur. Göstərilir ki, kafirlər ardıcıl şəkildə Qiyamət vədinin nə vaxt yetişəcəyi ilə bağlı suallar verirdilər. Onlar öz sualları ilə həzrəti narahat edirdilər. Allah peyğəmbərə təsəlli verir ki, əgər onlar həmin gün alovun onları təkcə qarşıdan və arxadan yox, bütünlüklə bürüyəcəyini bilsəydilər, tələsməzdilər.
Bildirişlər
1. Tələskənliyin səbəbi cəhalətdir. (Əgər kafirlər bilsəydilər, tələsməzdilər.)
2. Qiyamət çətinliklərindən xəbərdarlıq həqiqət və düşmənçiliyə mane olur.
3. Küfr şəfaət üçün maneədir.
4. Allahdan savay heç bir məbud yardım göstərmək gücündə deyil.
5. Qiyamət günü odun qarşısının alınması üçün nə kafirlərdə, nə bütlərdə, nə də zalım qüvvələrdə güc var.
● Ayə 40:
﴿بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ﴾
“(Bu od) onların sorağına qəfildən gələr və onlar yerlərində donub qalarlar. Onlarda nə müdafiə gücü var, nə möhlət verilər.”
Bildirişlər
1. Düşüncə dolaşığa düşdükdə, imkanlar da dolaşığa düşür.
2. Kafirlərə möhlət verilməsi axirət yox, dünyaya aid olan ilahi sünnədir.
● Ayə 41:
﴿وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون﴾
“(Onların istehzası səni narahat etməsin.) Həqiqətən, əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma məsxərə etdikləri (ilahi vəd) məsxərə edənləri yaxaladı!”
Bildirişlər
1. Bəşəriyyət tarix boyu peyğəmbərlərdən bəhrələnmişdir.
2. Kafirlər tarix boyu məsxərə və istehza ilə məşğul olmuşlar.
3. Başqalarının əziyyətindən xəbərdarlıq əziyyət çəkən insan üçün təskinlik olur.
4. Kimlərinsə məsxərəsinə görə faydalı işdən əl çəkmək olmaz. (Peyğəmbərlər məsxərəyə qoyulsa da, onların ardıcıl gəlişi kəsilmədi.)
5. İstehza insanı çətinliyə salır.
6. Günaha görə oxşar cəza verilir.
● Ayə 42:
﴿قُلْ مَن يَكْلَؤُكُم بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَنِ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ﴾
“De ki, sizi gecə və gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”
Bildirişlər
1. Hansısa güc insanı təhlükədən qoruya bilməz.
2. İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.
3. Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.
4. Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.
5. Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)
6. Mühafizə Allahın rübubiyyət şənindəndir. (İnsan həyatı səmaların hifzi, heyvanların ram olması, orqanizmə düşmüş mikroblara qarşı mübarizə gücü kimi yüzlərlə növ mühafizə ilə müşayiət olunur.)
7. İnsanlar Allah zikrindən üz çevirdikdə, Allah da onlardan üz çevirir. Allah öncə kafirlərə müraciət edir. Amma sonra onlardan üz döndərmiş kimi üçüncü şəxs (qaib) haqqında danışır.
8. İnsan öz gerçək tərbiyəçini yada salmalıdır. Belə etmədiyi halda məzəmmətə layiqdir.
● Ayə 43:
﴿أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ﴾
“Bəlkə onları əzabımız qarşısında qoruyacaq tanrıları var? Onlar (saxta tanrılar) özlərinə yardım göstərməyə qadir deyillər və Bizim tərəfimizdən də yardım almazlar.”
Bildirişlər
1. Allahdan qeyriləri nə özlərini qoruya bilir, nə başqalarına yardım göstərməyi bacarır.
2. Ehtiyaclı bir varlığa hanı əsasla pərəstiş etmək olar?!
3. Zatən ehtiyaclı bir varlıq başqa birini ehtiyacsız etməkdə acizdir.
● Ayə 44:
﴿بَلْ مَتَّعْنَا هَؤُلَاء وَآبَاءهُمْ حَتَّى طَالَ عَلَيْهِمُ الْعُمُرُ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا أَفَهُمُ الْغَالِبُونَ﴾
“Bununla belə, Biz onlara və atalarına ömürləri uzandıqca nemət verdik. Görmürlərmi ki, Biz yerin sorağına gəlib (ölüm və fəna ilə) onu ətrafından əskildirik. Yoxsa onlar (Bizə) qalibdir?”
Nöqtələr
Yerin ətrafdan əskildilməsi nə deməkdir? Bu barədə müxtəlif fikirlər var:
a) Alimlərin ölümü nəzərdə tutulur.1
b) Ümmətlərin azalması, yer əhlinin məhvi nəzərdə tutulur.2
v) İslam genişləndikcə küfr əraziləri azalır.3
q) Coğrafi baxımdan yerin həcmi kiçilməkdədir.
Dostları ilə paylaş: |