Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları



Yüklə 0,81 Mb.
səhifə38/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
Tormoz sisteminin diaqnostikası.

Tormoz sistemi hərəkətin təhlükəsizliyini təmin edən avtomobilin əsas elementlərindən biridir. YNH-nin böyük bir qismi tormoz sistemində nasazlıqların olması səbəbindən baş verir. Statistik məlumatlara əsasən YNH-nin təxminən 40-45%-i avtomobilin tormoz sisteminin saz olmaması səbəbindən baş verir.Bu nöqteyi-nəzərdən avtomobilin tormoz sistemindəki nasazlıqların diaqnostikası mühüm əhəmiyyətə malikdir.

Diaqnostika zamanı tormoz sisteminin həm bütövlükdə texniki vəziyyətini qiymətləndirən ümumi parametrlər, həm də onun ayrı-ayrı elementlərinin cari momentdəki hallarını xarakterizə edən xüsusi parametrlər təyin edilə bilər.

Tormoz sisteminin ümumi diaqnostik parametrləri tormoz yolu, təcili, təkərlərdəki tormozlama qüvvələri, xüsusi diaqnostik parametrləri isə tormoz pedalının gedişi, pedala təsir edən qüvvə, tormoz mexanizminin təsir müddəti, barabanlarla qəliblər arasındakı araboşluq və s.

Tormoz sisteminin diaqnostikasında səyyar və stasionar diaqnostika növlərindən istifadə olunur.

Səyyar diaqnostikanın istifadə edilməsinin məqsədi tormoz sistemində tormozlama keyfiyyətinin ümumi şəkildə aydınlaşdırmaqdır. Bunu tormozlama yoluna və təkərlərdə tormozlamanın eyni vaxtda tutma xüsusiyyətinə görə müəyyən edirlər. Bundan başqa deselerometr cihazının köməyi ilə yavaşıma təcilini də ölçmək mümkündür.Bu ümumi parametrləri təyin edilməsi üçün avtomobilə hərəkəti olmayan horizontal , düz və quru yol örtüyü seçilməlidir.Nəticədə avtomobilin tormozlama yolu , yəni ilişmə muftasının ayrılmış vəziyyətində tormozlama vaxtı ərzində gedilən yol aşağıdakı ifadədən hesablanır:



=

Burada - istismar şəraitini nəzərə alan əmsal olub minik avtomobilləri üçün 1,44, yük avtomobilləri üçün 2,0-2,44 qəbul edilir.



- avtomobilin tormozlama anındakı hərəkət sürəti, km/saat; g-sərbəst düşmə təcili; -şinlə yol arasındakı ilişmə əmsalı.

Tormozlama yolu minik avtomobilləri üçün (sürət 30km/saat olduqda) 7,2m, yük avtomobilləri və avtobuslar üçün isə 9,5-11m arasında dəyişir (yük götürmə qabiliyyətindən asılı olaraq). Müasir avtomobillərdə daha mükəmməl tormoz sistemləri tətbiq olunduğundan bu məsafələr əhəmiyyətli dərəcədə azalmışdır.

Avtomobilin tormoz sisteminin daha dəqiq diaqnostikasını aparmaq üçün stasionar diaqnostika növündən istifadə edilir.Stasionar diaqnostikada tormoz sisteminin diaqnostik parametrlərini ölçmək və ya təyin etmək üçün inersiyalı və güc diaqnostik stendlərindən istifadə olunur.

İnersiyalı stendlərdə tormoz sisteminin diaqnostikasının mahiyyəti tormozlama zamanı təkərlərlə barabanların dayaq səthi arasında yaranan inersiya qüvvələrinin ölçülməsindən ibarətdir. ANM-də elektrik mühərrikli barabanlı inersiyalı stendlərdən istifadə edilir. Bu stendlər etibarlı və böyük ömür ömür uzunluğuna malikdirlər.Bu stendlərdə tormoz sisteminin diaqnostika edilməsinin texnoloji prosesi aşağıdakı kimidir.

Avtomobilin stendin üzərində hərəkətsiz saxlanılır. Təkərlər fırlanma hərəkətini elektrik mühərriki ilə işə salınan stendin qaçış barabanlarından alır (elektrik mühərriki olmadıqda təkərlər avtomobil mühərrikindən hərəkətə gətirilir). Təkərlərdəki çevrəvi sürət 50-70km/saata qaldırıldıqdan sonra elektromaqnit muftaları arasındakı rabitə kəsilərək sərt tormozlama əməliyyatı aparılır. Tormoz pedalına göstərilən təsir qüvvəsini və onun artma tempini müəyyən etmək üçün “mexaniki ayaqdan” istifadə edilir ki, bu da göstəricisi olan mexanizmdir, özü də pedalın üzərinə qoyulur.

Tormoz pedalına edilən təsirin nəticəsində təkərlərlə barabanların kontakt səthlərində tormoz qüvvələrinə əks təsir göstərən inersiya qüvvəlri yaranır. Bir müddətdən sonra stendin barabanlarının və avtomobilin təkərlərinin fırlanma hərəkəti kəsilir.Avtomobilin hər bir təkərinin keçdiyi yol, yaxud barabanların bucaq təcili onların tormozlama yoluna və qüvvələrinə ekvivalent olacaqdır. Alınan nəticələrin daha dəqiq olması üçün stenddə avtomobili tormozlama şəraiti imkan daxilində real istismar şəraitinə müvafiq olmalıdır.

Qaçış barabanları olan inersiyalı diaqnostika stendləri avtomobilin tormoz sisteminin ümumi və elementləri üzrə diaqnostikadan keçirilməsi üçün istifadə edilir.

Tormoz sisteminin diaqnostikası aparılan stendlər vasitəsilə tormoz sisteminin kompleks diaqnostikadan keçirilir. Alınan nəticələr texniki sənədlərdə göstərilmiş normalarından kənara çıxdıqda müxtəlif nasazlıqları aşkar etmək üçün elementlər üzrə diaqnostika aparılır. Məsələn, rezervuarda tormoz mayesinin səviyyəsinin aşağı düşməsinə göstərilən müqavimətin xarakterinə , mayenin səviyyəsinin aşağı düşməsinə , tormoz pedalına edilən təsir qüvvəsinə göstərilən müqavimətin xarakterinə , mayenin axma izinə və s. əlamətlərə görə birləşmələrdə kipliklərin pozulmasını müəyyən edirlər.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin