Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Avtomobilin hərəkət hissələrinin diaqnostikası



Yüklə 0,81 Mb.
səhifə37/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
Avtomobilin hərəkət hissələrinin diaqnostikası.

Istismar prosesində avtomobilin hərəkət hissələri daha çox zərbələrə məruz qalırlar.

Çərçivənin uzununa və eninə tirləri əyilmə deformasiyasına uğrayır, aparılan təkərlərdə qurulma bucaqları tez-tez dəyişir, ressor vərəqlərinin elastikliyi itir, bolt və pərçim birləşmələri boşalır, şinlərin yeyilmə şiddəti artır, amortizatorların rəqsləri söndürmə qabiliyyəti azalır, avtomobilin idarə edilməsi çətinləşir və s. xoşa gəlməyən proseslər baş verir. Nəticədə uyğun olaraq çərmivənin tirlərində çatlar əmələ gəlir, ressor vərəqləri sınır, detallarda dinamiki qüvvələr və birləşmələrdə səslər yaranır, şinlərin protektor və karkas hissəsi dağılır, amortizatorlardan mayenin sızması müşahidə edilir, yanacaq sərfi artır. Bunlarda başqa hərəkət hissələrində dönmə yumruğunun şkvoreni və oymaqları, yastıqların oturacaq səthləri , minik avtomobillərində kürəli(yivli) barmaqlar və ekssentrik oymaqlar da yeyilmə yə məruz qalırlar.

Hərəkət hissələrində diaqnostikanın yerinə yetirilməsində məqsəd dövri olaraq- profilaktika və təmir xarakterli texniki təsirlər göstərmək şərtilə - şkvoren birləşmələrində araboşluğun qiymətini və təkərlərin toplarının yastıqlarında lüftü ölçmək, aparılan təkərlərdə qurulma bucaqlarının (təkərlərin razılaşma və razval bucaqları, yana-eninə və ya arxaya –uzununa maillik bucaqları , daxili və xarici dönmə bucaqları) qiymətlərini təyin etmək , şinlərin daxilindəki təzyiqi ölçmək , ressorların , amortizatorların, bolt və pərçim birləşmələrinin texniki vəziyyətlərini müəyyən etmək, nəhayət , gəkərlərin tarazlığını (balanslaşdırma) yoxlamaqdır.

Şkvoren birləşməsində radial və ox boyu araboşluğu ölçmək üçün indikatordan istifadə edilir. İndikatorla dönmə yumruğunun , şkvorenin qabaq oxda oturma müstəvisinə nəzərən yerdəyişməsi ölçülür. Ölçmə əməliyyatı həm təkərlərin asılmış, həm də döşəməyə dirənmiş vəziyyətlərində aparılır. Bu zaman ox boyu araboşluq yastı şupla ölçülür.

Aparılan təkərlərdə qurulma bucaqlarını ölçmək üçün stasionar stendlərdən və səyyar tipli cihazlardan istifadə olunur. İşləmə prinsipinə görə bu avadanlıqlar mexaniki, optiki, elektriki, hidravliki və optik-elektriki tipli olurlar. Bunlardan optik cihazlar geniş yayılmışdır.

Aparılan təkərlərdə qurulma bucaqlarını ölçmək üçün səyyar tipli hidravlik cihazlardan da istifadə olunur. Bunun üçün avtomobil horizontal səthdə saxlanılır, cihaz öz sıxıcıları vasitəsilə təkərin topuna bərkidilir. Vateqpas adlanan bu cihazla razval , şkvorenin eninə və uzununa maillik bucaqları xüsusi metodika ilə ölçülür.

Ressorların texniki vəziyyti vizual üsulla yoxlanılır. Onların sazlıq dərəcəsi ressor vərəqələrinin əyintisi ilə qiymətləndirilir. Əyintilərin normadan artıq olması vərəqələrin elastikliyinin pozulması və onların arasında sürtünmənin azalması ilə izah olunur.

Amortizatorların diaqnostikası onların avtomobil üzərindən çıxarılan və çıxarılmayan variantlarında yerinə yetirilir. Birinci halda amortizatorlar müxtəlif yol rejimlərini yarada bilən xüsusi avadanlıqla, ikinci halda isə onlar qaçış barabanları olan stendlərdə nəzərdən keçirilir. Bu halda təkərlərin yol şəraitindəki nahamarlıqlarını təmin etmək məqsədilə barabanların üzərinə müxtəlif hündürlüklərə (20-30mm) malik çıxıntıları olan elementlər bərkidilir. Barabanların işləmə rejimində təkərlərin hərəkəti asqılara verilir, təkərlərin və kuzanın rəqslərinin ölçülərinə görə amortizatorların texniki vəziyyəti haqqında mühakimə yürüdülür.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin