«messa di voçe» «insanın imkanları»
- son dərəcə konkret - son dərəcə abstrakt
- son dərəcə dar - son dərəcə geniş
- maksimum əlamətlərə - maksimum əlamətlərə
malikdir malikdir
Nə üçün «insanın imkanları» mövzusu birbaşa, «messa di voçe» mövzusu isə dolayı yolla ictimai marağa səbəb olur?
İnvensiyanın bu suala verdii cavab belədir:
Messa di voçe mövzusu dilin daşıyıyıcısının adi, yəni gündəlik təzaurusundan (lüğətindən) kənarda, insanın imkanları mövzusu isə – dilin daşıyıcısının təzaurusu çərçivəsində yerləşir. Mövzu ilə əlaqədar olaraq (həm də dinləyiciləri nəzərə almaqla) həyata keçirilən istənilən əməliyyatlar onların təzaurusu çərçivəsində olmalıdır. Deməli, mövzu nə qədər konkret (dar, maraqlı) olmasına baxmayaraq, əgər dinləyicinin təzaurusu kənarında yerləşərsə, onun dinləyicinin düşüncələrinə təsir etmək ehtimalı çox azdır, daha doğrusu bu mövzudan istifadə etmək lazım deyil.
O, yalnız dinləyicinin təzaurusunun həcminə əsaslanmalıdır və bu təzaurusun tərkibində özü üçün lazım olan istinad nöqtəsini tapmalıdır. Hətta birbaşa olaraq dinləyicinin təzaurusunun yeni anlayışlarla doldurulması məsələsi də belə həll edilir, daha doğrusu kənardan anlayışlar «əlavə edilmir», həmin təzaurusun tərkibində müvafiq «ehtiyacı» ödəyə biləcək korrelyatlar (bir-birinə münasibəti olan anlayışlar) axtarılır.
Əgər vəziyyət belədir ki:
1) artıq dinləyicilərin təzaurusunun tərkibində mövcud olan ümumiyyətlə insanın imkanları anlayışı onlarda canlı maraq oyatmaq üçün onlar üçün həddindən artıq abstrakt səslənirsə;
2) bu ümumi anlayışı yalnız messa di voçe – invensiya baxımından perspektivsiz hərəkət istiqamətində (təkrar dərəcələrə bölmə vasitəsilə, amma bu dəfə əks istiqamətdə) kon-kretləşdirmək prosesini həyata keçirmək mümkündürsə;
onda ümumiyyətlə, insanın imkanları anlayışını konkretləşdirmək üsullarını başqa cür tapmaq lazımdır.
Aydındır ki, belə geniş anlayışı praktiki olaraq istənilən istiqamətdə konkretləşdirməyə başlamaq olar, çünki insanın imkanları çoxsaylı və müxtəlifdir. Belə ki, məsələn, «insanın əmək qabiliyyəti» və ya «insanın yeməksiz və susuz yaşamaq bacarığı» istiqamətində mövzunu konkretləşdirmək olar… Amma konkretləşdirmənin bu istiqaməti də praktiki olaraq bizə lazım deyil: onlar bizi yalnız messa di voçedən kənarlaşdırır.
Belə şəraitdə invensiya ümumi anlayışı konkretləşdirmənin tamamilə yeni xüsusi növünü təqdim edir. Bu auditoriyanın şəxsi keyfiyyətlərinə müraciət etməni nəzərdə tutur. Bu gün biz belə növ konkretləşdirmənin intimizasiya, daha doğrusu predmetin/anlayışın dinləyicilərə yaxınlaşdırılması adlandırırıq. Başqa sözlə, invensiya eynilə insanın imkanları anlayışı ilə işləməyi nəzərdə tutur, amma insan anlayışı burada iştirak edənlərə tətbiq edilir və sizin imkanlarınız müzakirə edilir.
Bunun texnikası izah olunandan sonra bir neçə modeli nəzərdən keçirək; yəni invensiyanın şəxsi marağı predmetini ictimai marağın predmetinə taksonomik üsulların vasitəsilə necə çevirdiyinə baxaq.1
1. Xüsusi anlayış →
Şir bürcüdə
Requlus ulduzu
→
2.
affrikat (iki samitin birləşməsindən alınan səs)
→
3.
Maksvell düsturu
→
|
←ümumi anlayış ulduzlar (← göy cisimləri)
←
( samit səslər
←) dil
←
(elektromaqnit sahəsi ←) elektrik
←
|
yol
qoroskop
«Əgər sizdən kimsə hakimiyyət istəyi ilə anadan olunsa…»
yerli dialekt
«Əgər sizdən kimsə «ana» əvəzinə «ciyi» deyərsə…»
maqnit qasırğası
«Əgər sizdən kimsə dəhşətli baş ağrısı və ya ürək ağrısı ilə yuxudan oyanırsa»
|
Aydın görünür ki, predmetin/anlayışın intimizasiya üsulu hər bir konkret halda əslində, əgər belə demək mümkündürsə, «yerli xüsusiyyətlər» nəzərə alır (daha doğrusu yuxarıda deyildiyi kimi, konkret nitq situasiyasının parametrlərini nəzərə alır). Aydındır ki, anlayışlarla işin hər iki «tərəfi» (taksonların qurulması və dərəcələrə bölmənin nəticələrinin intimizasiyası bir-birindən asılı üsullardır, onlardan heç birini «məhdudlaşdırmaq» olmaz).
Həmçinin aydın görünür ki, xüsusi olaraq «ritrik məharət» hər şeydən əvvəl intimizasiyanı həyata keçirmək bacarığıdır: taksonomiya daha çox məntiqi proseduru xatırladır (məntiqin bir hissəsi kimi o, bu gün də öyrənilir).1
Bununla əlaqədar olaraq gətirilməsi lazım olan axırıncı taksonomik nümunə – müəllifin məktəb praktikası ilə bağlıdır (müəllif məktəbdə Pifaqor teoreminin öyrədilməsində iştirak edib). Riyaziyyat müəllimi lövhədə «ev» və «kinoteatr»ın təsvir edildiyi şəhər planının bir hissəsini göstərdi. Evdən kinoteatra gedən «rəsmi» yol bir-biri ilə düz bucaq təşkil edən iki küçədən, «qeyri-rəsmi» yol isə – birbaşa, yəni «küncə» dönmədən boş yerdən keçir.
- Əgər kinoya geciksəydiniz hansı yolla gedərdiz? - riyaziyyat müəllimi soruşur.
- Əlbəttə, boş yerlə – deyə sinif cavab verir. – bu yol daha qısadır!
- Bəs, nə üçün qısadır?
Heç kim suala cavab vermir və müəllim özü sualın cavabını deyir: «çünki dünyada Pifaqor teoremi mövcuddur».
Müəllif indiyə kimi bu epizodu xatırlayır; bu onun şahidi olduğu intimizasiya prosedurunun ən yaxşı nümunələrindən biridir.
Taksonomiyaya aid yalnız axırıncı qeyd qalıb. Ardıcıl yerinə yetirilmiş dərəcələrə bölmə üsulunun (təkcədən ümumiyə və ya əksinə hərəkətin) nəticəsini özündə əks etdirən taksonomik sxemlər heç də bütün məlumatı göstərməklə əlavə yüklənməli deyil. Daha doğrusu, invensiya danışandan nitqdə taksonomik sxemin ətraflı (izahlı) təsvirini tələb etmir. Taksonomik sxem daha çox çıxışa hazırlıq mərhələsi, danışanın müvafiq «gerçəklik fraqmentləri»nə dair öz biliklərinin sistemləşdirməsi mərhələsi kimi lazımdır.
Bu səbəbdən də taksonomik sxemlər oriyentirlər, özünəməxsus istiqamətləndirici ulduzlar kimi çıxış edir ki, onlara da diqqət yetirmək lazımdır; amma təkcə bu sxemlərlə heç neyə nail olmaq olmaz. Başqa sözlə, pişik haqqında danışan heç də usandırıcı bir şəkildə onun bütün əlamətlərini sadalamalı deyil – onlardan birini nitq zamanı deməmək də olar. Amma bu əlamətləri bilmək (və zərurət yaranarsa demək) lazımdır.
Yaxşı rəssam hətta ifrat avanqardizmin tərəfdarı olsa da, «məktəb»ə görə (daha doğrusu klassik rəsm əsərini çəkmək imkanlarına görə) tanındığı kimi, yaxşı natiqdə onun nitqində ilk baxışda çox gözə çarpmayan düzgün taksonomik sxemlərinə görə, məsələn, «dünyanın quruluşuna» dair danışanın düşüncələrinin tam və sistemli olduğunu təsdiq edən ümumi təsəvvürlərinə görə tanınır.
Başqa sözlə, ritorikanın bölməsi kimi invensiya danışanın öz nitqində taksonomiya qanunlarını nəzərə almasına ciddi şəkildə nəzarət edir. Yalnız beləliklə həm də mülahizələrin əhatə etdiyi «mövzunun mükəmməl olmasını» təmin etmək olar.
Dostları ilə paylaş: |