Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə9/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

§2. Taksonomiya

Beləliklə, məlumat zamanı haqqında danışılan «gerçəklik fraqment»lərinin seçimi hər şeydən əvvəl danışanın və dinlə­yicinin həmin fraqmentə olan birgə marağı ilə müəyyən edilir. Əgər birgə maraq fenomeni müşaidə edilmirsə, onda danışanın fərdi marağının ictimai marağa dəyişdirilməsi qaydası qüvvə­yə minir. Messa di voçe ilə əlaqədar yuxarıda baxdığımız nü­mu­nədə «gerçəklik fraqmenti» ilə bağlı bütün zəruri məlu­mat­lar danışanın əlindədir.

Amma, əlbəttə, belə ideal situasiya həmişə olmur. Ona gö­rə ki, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq inven­sional cəhətdən düzgün dərəcələrə bölünmə yalnız danışanın fərdi marağının onun müvafiq bilik sahəsində yaxşı hazırlığı ilə əlaqələndiyi halda baş verə bilər.

Təəssüf ki, bizi əhatə edən hətta ən adi predmetlərə dair bizdə olan məlumatlar bu predmetləri müzakirə etmək üçün tam kifayət etmir. Bunun səbəb isə antik dövrdən sonra tədricən danışanın taksonomiya (yunanca taxis – quruluş, nizam və nomos-qanun) – obyektlərin təsnifatının prinsip və qaydalı haqqında təlimdir – bacarıqlarını əhəmiyyətli dərəcədə itirməsidir.

Taksonomiyanın əsas anlayışı təsnifatdır (bəzən özü me­tonimik1 cəhətdən «təsnifat» kimi izah edilir). Müasir anlam­da «taksonomiya» sözü, təsnifat deməkdir. Bu isə obyekt­lərin ierar­xiyasını (qarşılıqlı əlaqəsini və qarşılıqlı asılılığını) gös­tərir. Amma taksonomiyanı (təsnifat haqqında təlimi) və təsni­fatın özünü bir-birindən ayıraq.

«Təsnifat» sözünün özü də birmənalı işlənmir: o, həm təs­nifat prosesini, həm də bu prosesin nəticəsini – konkret təs­nifatı ifadə edir.

İkinci mənada «təsnifat» sözünün yerinə (konkret təs­nifat, kataloq, siyahı) biz bəzən «taksonomik sxem» söz birləş­məsindən istifadə edəcəyik.

Təsnifatın və ya taksonomik sxemin qurulmasına gəl­dikdə isə, bəşəriyyət əvvəllər bu sahədə elə də uğurlu nəticə­lər əldə etmirdi. Gerçəkliyi sistematik, daha doğrusu siniflərin, yarımsiniflərin, qrupların və s. vəhdəti kimi göstərmək üçün real gerçəkliyi kifyət qədər yüksək səviyyədə öyrənmək tələb olunurdu (təsadüfi deyil ki, Darvinin növlər nəzəriyyəsi və ya Mendeleyevin kimyəvi elementlər sistemi sonrakı dövrlərin məhsuludur).

«Ritorikaya qədərki» dövrdə qədim təsnifat üçün edilən ilk cəhdlər tarixin yaddaşında qalıb.1 X.L.Borxesin novellə­rinin birində («Con Uilkinsin analitik dili») müxtəlif dövrlərin təs­ni­fat problemi müzakirə edilir. Burada qədim çin taksono­mi­yalarından olan nümunələrə rast gəlmək mümkündür; novel qəh­rəmanının taksonomiyası – ikimənalı, təxmini və uğursuz tə­rif­ləri doktor Frans Kunun «Səma imperiyasının faydalı bi­lik­ləri» adlanan çin ensiklopediyalarından birinə aid etdiyi təsnifatı yada salır.

Bu qədim kitabda heyvanlar bölünür:

a) imperatora məxsus olanlar;

b) mumiyalanmış;

v) əhliləşdirilmiş;

q) südəmər (yenicə doğulmuş) heyvan balası;

d) dəniz heyvanları;

e) əfsanəvi;

j) ayrı-ayrı itlər;

z) bu təsnifata daxil olanlar;

i) dəli kimi qaçanlar;

k) saysız-hesabsız çox olanlar;

l) başqaları;

m) gül vazasını qıranlar;

o) uzaqdan milçəyə oxşayanlar.

Bu qəribə qədim Çin təsnifatı (onun nə dərəcədə virtual olması və ya ümumiyyətlə, virtual olub – olmaması yalnız X.L.Borxesin özünə məlumdur) əslində taksonomiyanın bütün mümkün prinsip və qaydalarını pozur və səma imperiyasında dünyaya dair əvvəlki təsəvvürlərin bir nümunəsi kimi çıxış edir. Amma X.L.Borxesə inansaq, dünyaya dair təsəvvürlər sonralar da sistemli olmamışdır.

«Brüssel biblioqrafiya institutunda da xaos hökm sürür; orada dünya 1000 hissəyə bölünüb ki, onlardan:

262-ci papaya aid olan;

282-ci Roma katolik kilsəsinə aid olan;

263-cü Allahın Vücudu bayramına aid olan;

268-ci bazar günü fəaliyyət göstərən məktəblərə aid olan;

298-ci mormonizmə aid olanlar;

294-cü brahmanizmə, buddizmə, sintoizmə və daosizmə aid olan biliklər;

Orada qarışıq (mürəkkəb) hissələr də öz əksini tapır, məsələn, 179-cu: «Heyvanlarla qəddar rəftar. Heyvanların mü­dafiəsi. Əxlaq baxımından intihar və duel. Əxlaqsızlıq və müx­təlif nöqsanlar. Ləyaqət və müxtəlif yaxşı cəhətlər».

Bu parlaq «nümunələr» bizə prinsiplər sisteminə dair təsəvvürlərin necə «müəmmalı» olduğunu göstərir. Yeri gəl­mişkən, tapdıqları manuskriptdən (qədim əl yazısından) zövq alan Kortasar qəhramanlarını da xatırlamaq olar; burada dünya rəng əlamətinə görə «hissə»lərə: qırmızı, qara, ağ … («qara minerallar» və «qara tüklü heyvan» kimi həddindən artıq qəri­bə fəsillərlə birgə) ayrılıb. Rəngini müəyyənləşdirə bilmə­dikləri bütün şeylər üçün isə «pamps» sözündən istifadə edirlər («pamp minerallar» və ya «pamp tüklü heyvanlar»).

Əgər oxucu belə təsnifat növlərinin keçmişdə qaldığını düşünürsə, o, səhv edir. Müasir təsnifatdan bir nümunə gəti­rək: Nitq mədəniyyəti haqqında ən yeni kitabların birindən gö­türülmüş mündəricatın bir hissəsi. Mündəricatın janr etibarilə təsnifat olduğunu sübut etməyə ehtiyac yoxdur. O, fəsillərdə, paraq­raflarda və s. bəhs edilən məsələlərin siyahısını göstər­mə­lidir. Məsələn, o, belə görünür:

§4. Mahir polemikaçıların davranışı………………….426

- səfeh adamlarla mübahisə etmə………………….428

- mübahisənin şahidləri varmı….………………….428

- mübahisə iştirakçılarının fərdi xüsusiyyətləri...….431

- Sokrat ironiyası…………………………………...432

- Milli və mədəni adətlər ………………………….435

Paraqrafın adı əvvəlcədən göstərilməsəydi bu məsələləri birləşdirən ümumi cəhəti tapmaq çətin olardı: «Mübahisənin şahidləri varmı», «mübahisə iştirakçılarının fərdi xüsusiyyət­ləri» və «Sokrat ironiyası» kimi məsələrin paraqrafın adı ilə aydın nəzərə çarpan əlaqəsi yoxdur. Axırıncı məsələni özündə əks etdirən ifadə isə burada tamamilə başqa cür səslənir.

Sözün qısası müasir dövrdə taksonomiya sahəsində olan tərəqqi istənilən səviyyədə deyil. Şəxsi təcrübədən hamımıza mə­lumdur ki, neyisə təsnif etmək və hətta sistemləşdirmək asan məsələ deyil. Ona görə ki, təsnif hər şeydən əvvəl bir tə­rəf­dən, bizi maraqlandıran obyektin əlamətlərinin strukturunu (əsas əlamətlər, ikinci dərəcəli əlamətlər, təsadüfi əlamətlər və s.), digər tərəfdən isə bu obyektin hansı daha geniş sinfə daxil olduğunu və özündə hansı yarımsinifləri ehtiva etdiyinə dair dəqiq biliklərin olmasını tələb edir.

Başqa sözlə, taksonomiya dərəcələrin müəyyənləşdiril­mə­sini tələb edirdi elə «taksonomik dərəcələr» də adlanır və fak­tiki olaraq özündə düzgün dərəcələrə bölünməni, daha doğrusu sinfin sinfə ardıcıl düzgün daxil edilməni əks etdirir.

Hər bir sinif takson, daha doğrusu taksonomiyanın ele­men­ti­dir; onlardan hər biri üçün ümumiləşdirmənin müəyyən dərəcəsi xarakterikdir. Beləliklə, taksonlar vahid təsnifat prin­sipi əsasında seçilirlər (Bu vahid təsnifat prinsipi məsələn, yu­xa­rıda nəzərdən keçirdiyimiz qədim çin ensiklopediyasında yox idi: orada çoxlu müxtəlif təsnifatlar üçün çoxlu müxtəlif əsas­lar var idi).

Bu səbəbdən də ideal taksonomik sxem (təsnifat) – bir­ölçülü sxemdir, daha doğrusu vahid təsnifat meyarı əsasında qurulan sxemdir. Amma obyektlərin təsnifatı zamanı eyni vaxt­da müxtəlif əlamətlər qrupunu nəzərə alan çox ölçülü takso­nomik sxemlər də mövcuddur. Belə sxemlər toposa oxşayır (topos haqqında növbəti paraqrafda danışacağıq).

Elmi təbiisüni taksonomik sxemlər fərqləndirilir. Onlar arasındakı fərq onlara verilən təriflərdən aydın görünür: hər bir təbii taksonomik sxem özündə təsnif edilən obyektlərin həqiqi əlamətlərini ehtiva edir; hər bir süni taksonomik sxem isə kənardan daxil edilən təsnifat prinsipini nəzərdə tutur.

Məsələn, insanı «təbii» olaraq təsnifatı canlı orqanizm­lə­rin xətti üzrə (belə ki, əksəriyyətin fikrincə, insan canlı orqa­nizmlərin inkişafının ən yüksək mərhələsini təşkil edir), amma «süni» olaraq sosial mövqeyinə görə (müdir-fəhlə və s.) apa­rılır: ikinci halda təsnifat prinsipi kənardan daxil edilir, daha doğrusu, bu əlamətlər insana «anadangəlmə» xas deyil. Maraq­lıdır ki, təbii əlamətlərə əsaslanan təsnifat, bir qayda olaraq, özündə obyektlərin yeganə mümkün olan qrupunu əks etdirir, daha doğrusu məsələn, heyvanların təbii təsnifatına daxil olan pişik heç bir zaman sürünən heyvanlar qrupuna aid edilmir.

Təbii əlamətlər xüsusilə üzdə olana tez nəzərə çarpan əlamətlər əsasında təsnifatı qurmaq, süni taksonomik sxemə nis­bə­tən sadə və asan görünür. Belə ki, süni taksonomik sxem­də, məsələn, müxtəlif növ ev ayaqqabılarını hansı əlamətə gö­rə təsnif etmək haqqında əvvəlcədən düşünməyə ehtiyac yara­nır. Amma praktikada hətta təbii taksonomik sxemi qurmaq da böyük zəhmət tələb edir.

Məsələ belədir ki, hətta biz söhbətin nədən getdiyini biləndə də (və ya bildiyimizi güman edəndə) bizim müvafiq təcrübəmiz olmur. Biz hər bir konkret halda bizə tanış olan «predmet»in həqiqətən çox mühüm əlamətlərini sadəcə olaraq təsəvvür etsək hər şey aydın olar: taksonomiyaya aid olan hər bir şeydə dəqiqlik (əslində predmet haqqında «mükəmməl» bi­lik) tələb edərək invensiya qətiyyən onun rolunu artırmır.

Tələbə auditoriyasında uzun müddət işləmək mənə bu sa­hədə həmişə eksperimentlər keçirmək imkanı verib. Məsə­lən, mən bu və ya digər «predmet»in ən mühüm əlamətlərini (geniş mənada) saymağı xahiş edirdim və çox zaman kifayət qədər qəribə cavablar eşidirdim.

Sual:


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin