Paralogika mülahizənin qurulmasının əsası kimi müvafiq qanunlara ciddi yanaşmanı və burada müəyyən istisnalara yol verməni nəzərdə tutur. Məntiqi qanunları inkar edən paralogika hökmün obyektləri arasında başqa münasibətləri müəyyən edir. Bu münasibətlərin aşağıdakı səciyyəvi cəhətləri var:
a) istənilən obyektlər və istənilən miqdarda olan obyektlər bir-biri ilə müqayisə edilə bilər, daha doğrusu, onlar arasında analogiya aparıla bilər;
b) müqayisə edilən obyektlər qarşılıqlı olaraq bir-birindən asılı olur və bir-birini əvəz edirlər (Bu zaman hər bir trop və fiqur özünün korrelyasiya modelini yaradır).
Başqa sözlə, paralogika gerçəklik obyektləri arasındakı münasibətləri mülahizənin obyektləri arasındakı münasibətlərə köçürür, faktiki olaraq gerçəkliyi nitq gerçəkliyi ilə əvəz edir. Belə növ əvəzetmə paralogik mülahizələrə ritorik funksiyanı şamil edir.
Qeyd etmək lazımdır ki, bu fərdi qaydaların xarakteri və miqdarı kifayət qədər geniş çərçivədə – bütün qanunların ardıcıl və əyani şəkildə pozulmasından tutmuş (yazılı nitq praktikası sahəsində bu, məsələn, absurd ədəbiyyatında təzahür edir) yalnız tək-tək istisnaların mümkünlüyünün qəbuluna kimi (yenə də yazılı nitq praktikasında –ədəbiyyatın "həqiqətə uyğun" forması) – təzahür edir.
Gündəlik diskursa gəldikdə isə, burada mümkün istisnaların sayı bir tərəfdən, nitq situasiyasının xarakterindən, digər tərəfdən isə danışanın fərdi nitq xarakterindən asılıdır.
Beləliklə, çəkməçi briqadasının işinə dair hesabat yəqin ki, müxtəlif növ fiqurlar üçün əlverişli zəmin yarada bilməz. Əksinə, fiqural düşüncə tərzi burada yaxşı məlumat əldə etmək üçün maneə yarada bilər. Bu situasiyada danışan paralogik nitq davranışı taktikasından kənar gəzməlidir. Amma, məsələn, dostlar ilə şənlik keçirərkən məntiq qanunlarına ciddi şəkildə əməl etmək vacib deyil. Burada, adətən, fiqurativ mühit üstünlük təşkil edir.
Başqa sözlə, nitq situasiyasını duymaq, bu situasiyada hər şeydən mühafizənin qurulması qanunlarından pozitiv, yoxsa neqativ (məntiqi, yoxsa paralogik) şəkildə istifadənin başa düşülməsidir.
Amma danışanın nitq davranışı manevrindən də çox şey asılıdır. Əlbəttə, bəzi danışanların müvafiq qanunların pozitiv istifadəsinə, digərlərinin isə neqativ istifadəsinə üstünlük verdiklərini iddia etmək mənasızdır; dil daşıyıcıları içərisində belə qrupları aydın şəkildə müşahidə etmək olmaz.
Əgər həqiqətən bizi maraqlandıran mənada fərdi nitq davranışı manevrindəki fərqləri təsəvvür etməyə çalışsaq, onda qeyd etməliyik ki, bəzi fərdi nitq davranışı manevrləri, adətən, qəbul edildiyinə nisbətən məntiq və paralogika arasında daha çox öz şəklini dəyişir.
Fiqurlardan istifadə mahiyyətcə, yalnız bir şərti nəzərdə tutur: danışan anlayışın və ya mülahizənin nə vaxt və hansı şəraitdə fiqurativ, nə vaxt və hansı şəraitdə isə yanlış olduğunu dəqiq hiss etməlidir. Bu qaydalara əməl etmək üçün heç bir məsləhət yoxdur, amma ritorik fiqurların qurulma prinsiplərinə dair biliklər və onların mülahizənin qurulması zamanı yaranan səhvlərlə əlaqə mexanizminin analizi, şübhəsiz ki, bu sahədə müəyyən vərdişlərin yaranmasına kömək edə bilər.
Yuxarıda deyilənlərdən çıxan nəticəyə görə, fiqur nəzəriyyəsi nə "normakənara çıxma" anlayışları, nə də "sıfır pilləsi – bədii pillə" anlayışları üzərində qurulmur. Burada fiqurlara olan yanaşma "anlayış" və "fiqur"un eynihüquqlu olmasını nəzərdə tutur: bizim fikrimizcə, onlardan heç birinə nə "icazə vermək", nə də onlardan heç birini "qadağan etmək" olmaz.
Bundan başqa, həm "məntiqi", həm də "paralogik" nitq fəaliyyətinin əsasında anlayış və mülahizələrlə eyni iş prinsipləri durur: əsas məntiqi qanunlara oriyentasiya (1), anlayışın müəyyənləşdirilməsi və bölüşdürülməsi (2), əqli nəticənin inkişaf etdirilməsi (3).
Bu halda səhv sahəsi yalnız mülahizənin qurulma qanunundan pozitiv istifadənin neqatiı istifadə ilə "əlaqələndiyi" sahədir: onların bir-birindən fərqləndirilməməsi səhv yaradır. Bunu qrafik şəkildə belə təsəvvür etmək olar:
Bu sxemdə 1-ci dairə məntiq sahəsidir (mülahizənin qurulma qanunundan pozitiv istifadə sahəsidir); 2-ci dairə paralogika sahəsidir (mülahizənin qurulma qanunundan neqativ istifadə sahəsidir). Onlar bir-birinə nəzərən eyni hüquqludurlar, amma 3-cü sahənin vasitəsi ilə bir-biri ilə əlaqəlidirlər: 3 rəqəmi səhv olan sahəni göstərir.
Göründüyü kimi, səhvlər həm məntiqi praktikada, həm də fiqurativ praktikada təzahür edilə bilər: təsadüfi deyildir ki, əslində məntiqi səhvi, həm də müvəffəqiyyətsiz fiqur (müvəffəqiyyətsiz metafora, müvəffəqiyyətsiz metonimiya, müvəffəqiyyətsiz invensiya) kimi nəzərdən keçirmək olar. Həm də göründüyü kimi, səhvlər əsl "praktika" sahəsi ilə məhdudlaşmır – onlar praktikaların kəsişdiyi sahə ilə, daha doğrusu, danışanın bu halda "praktika"lardan hansına üstünlük verdiyini müəyyənləşdirmədiyi və hər iki praktikadan eyni zamanda istifadə etdiyi zamani ilə məhdudlaşır. Bu səbəbdən də nitq taktikalarının "qarışdırılması" səhv kimi nəzərdən keçirilir. Bu mənada səhvin səbəbi bu və ya digər "qayda"nın pozulması deyil, danışanın olduğu koordinat sistemini görə bilməməsidir.
Dostları ilə paylaş: |